Min Bir Dad

Ədviyyatlı  balıq küftəsi

0

Ədviyyatlı  balıq küftəsi

ədviyyatlı balıq küftəsi

ədviyyatlı balıq küftəsi

Çin və Skandinaviya mətbəxində yayğın olan balıq küftəsi, vitamin baxımından zəngindir. Balıq küftəsi üçün qılınc, sardinya balığından istifadə olunur. Bu balıqların  tərkibində  maqnezium, selenim və kalsium kimi  minerallar vardır.  

4 nəfərlik,

30 dəqiqəyə hazırlanır,

30 dəqiqəyə bişir

Ədviyyatlı  balıq küftəsi üçün lazım olan ərzaqlr:

  • 500 q  balıq əti ,
  • 3-4 yemək qaşığı duru yağ ,
  • 4 ədəd mixək,
  • 1 ədəd  çubuq darçın ,
  • 1 ədəd  iri  soğan ,
  • 1 çay qaşığı köri ,
  • 2 diş sarımsaq,
  • 1 şirniyyat  qaşığı rəndələnmiş təzə zəncəfil ,
  • 1 şirniyyat qaşığı qırmızı toz bibər ,
  • 1 çay qaşığı cirə,
  • 1 çay qaşığı sarıkök,
  • 1 ədəd yumurta,
  • 1 su stəkanı  ufalanmış köhnə çörək  içi ,və ya yarım su stəkanı suxarı ,
  • Duz

Qızartmaq üçün:

  • Duru yağ ,

Süsləmək üçün: 

  • 1 böyük soğan ,
  • 1 sarı dolmalıq bibər (Küp doğranmış) ,
  • 1 qırmızı dolmalıq bibər (Küp doğranmış),
  • 4-5 dal maydanoz (İncə doğranmış ),
  • 3-4 yemək qaşığı zeytun yağı,
  • 1/2 limon suyu ,
  • Duz

 

Ədviyyatlı balıq küftəsi necə hazırlanır:

  • Duru  yağı tavada qızdırıb  mixəyi  qovurun. İncə  doğranmış  soğanı əlavə edib soğanlar yumşalana qədər qovurun.
  • İncə doğranmış   sarımsaq, sarıkök, zəncəfil, duz və ədviyyatları da əlavə edib, bir neçə dəqiqə  daha qovurun. Qarışımı ocaqdan alıb  soğumağa buraxın.
  • Balıq ətini kiçik parçalar halında doğrayıb ədviyyatları qarışıma əlavə edin. Yumurtanı,  az-az çörək qırıntılarını əlavə edərək  yoğurun və küftə xəmiri  hazırlayın.
  • Hamurun üzərini örtüb soyuducuda   yarım saat dincə qoyun.
  • Küftə  xərcindən  yarım mandalin böyüklüyündə parçalar qoparıb  ovucunuzun içində yuvarlayın.
  • Qızgın yağda hər iki tərəfini də  qızardın.
  • Dadlandırmaq üçün  soğanı bir miqdar duz ilə ovub  suyunu sıxın və  bir qaba alın. Doğranmış bibərləri və doğranmış cəfərini  də əlavə edib qarışdırın.
  • Zeytun yağı və limon suyunu əlavə edib  qarışdrın. Balıq küftəsi ilə birlikdə  servis edin.
  • Ədviyyatlı balıq küftəsini, evdəhazırlanan  humus ilə birlikdə  servis edə bilərsiniz.

Qeyd:

  • Tərifdə istifadə edəcəyiniz balıqların qılçığını mütləq təmizləyin.
  • Tərifə başlamadan öncə balıqları sudan keçirdə bilərsiniz.
  • Balığın yanında hazırlayacağınız salatın  içərisinə nanə yarapqları qoyun. Bununla da iyin qarşısını ala bilərsiniz..
  • Bişirdiyiniz balıqları kağız dəsmal  üzərində gözlədin.Artıq yağını süzdükdən  sonra servis tabağına alın.
  • Ədviyyatlı  balıq küftəsinin bir porsiyonu  115 kaloridir.

So, what do you think ?