Min Bir Dad

Ədviyyatlı isti şokalad

ədviyyatlı isti şokalad

ədviyyatlı isti şokalad

Ədviyyatlı isti şokalad

Lazım olanlar: 

  • 1 fincan süd,
  • 10 qram bitter şokalad,
  • 10 pram südlü şokalad,
  • 1/4 kiçik qaşıq darçın,
  • 1/4 kiçik qaşıq zəncəfil tozu,
  • 1/4 kiçik qaşıq qırmızı bibər,
  • Musqat qozu rəndəsi (hindistan qozu),

Ədviyyatlı isti şokaladın üstü üçün:

  • 1 xörək qaşığı krema,
  • Kakao,

Ədviyyatlı isti şokaladın  hazırlanma qaydası:

  • Krema çırpılır və soyuducunun buzluğuna qoyulur.
  • Qalan bütün materiallar yaxşıca qarışdırılır.
  • Qəhvə bişirilən qabda (cəzvə) bişirilir.
  • Bişdikdən sonra bir fincana qoyulur.
  • Fincandakı isti şokalad içkisinin üzərinə çırpılmış krema qoyulur.
  • Bundan sonra ən üstdən də kakao tozu səpilir.

Qeyd: 

  • İsti şokaladı sadəcə bitter şokalad və ya sadəcə südlü şokaladla da hazırlamaq mümkündür.
  • Şokaladın növünə görə içki ya biraz acı, və yaxud da biraz daha şirin olacaq.
  • Əgər o gün tort bişirmisinizsə çırpılmış krema yerinə tortdan artıq qalan krem şanti də istifadə edə bilərsiniz.

 

 

So, what do you think ?