Min Bir Dad

Ədviyyatlı pomidor mürəbbəsi

Ədviyyatlı pomidor mürəbbəsi

ədviyyatlı pomidor mürəbbəsi

ədviyyatlı pomidor mürəbbəsi

Ədviyyatlı pomidor mürəbbəsi  üçün lazım olan ərzaqlar:

  • 500 q  cherry  pomidor,
    500 q toz şəkər,
    1,5 su stəkanı su,
    2 ədəd  orta boy limon,
    1 ədəd (0,5 qram) damla saqqızı,
    1 ədəd  çubuq  darçın,
    5 ədəd mixək ,
    100 q  duzsuz badam,

Ədviyyatlı pomidor mürəbbəsinin hazırlanma qaydası:

  • Su və  toz şəkəri dərin bir qazana yığın .
  • Damla saqqızını əlavə edin və şəkəri əriməsi üçün bir çırpıcı yardımıyla qarışdırın.
  • Çubuq  darçın və   mixəyi  də  əlavə etdikdən sonra şərbətin qatı olması üçün ocaqda qaynadın.
  • İsti  suda saxladığınız  duzsuz badamların  qabıqlarıları  soyun .
  • Cherry pomidorları  bütöv olaraq  bol suda yuyun.
  • Pomidor və  qabıqlarını soyduğunuz duzsuz badamları  şərbətin içinə tökün.
  • Pomidorlar partlayıb yumuşalana qədər 30 dəqiqəyə yaxın vam odda qaynadın.
  • Mürəbbəni həddindən çox qarışdırmamağa çalışın.
  • Üzərinə yığılan ağ köpükləri yığın ki , mürəbbənin rəngi tünd olmasın.
  • Limonların qabıqlarının   ağ hissələrini  almadan rəndələyin.
  • Ortadan ikiyə kəsdikdən sonra sularını sıxın.
  • Kıvamını alan mürəbbənin  içərisinə limon qabığı və suyunu da əlavə etdikdən sonra   5 dəqiqə daha bişirin və ocağın altını qapadın.
  • Mürəbbəni  soyutduqdan sonra bankalara  boşaldıb , ağzını möhkəm bağladıqdan sonra  soyuducuda və günəş görməyən yerdə, otaq temperaturunda  saxlayın.

So, what do you think ?