Ədviyyatlı, toyuqlu plov
Ədviyyatlı, toyuqlu plov
90 dəqiqəyə hazırlanır.
4-6 kişilik
Ədviyyatlı, toyuqlu plov hazırlamaq istəyirsiniz?
1001 dad səhifəmizdə sizlərin tapa biləcəyi ən ləzzətli “Ədviyyatlı, toyuqlu plov” tərifini təqdim edirik!
Hazırlayacağınız bu plovu yaxınlarınızla birlikdə böyük bir keyiflə hazırlamağınızı və nuş etməyinizi arzulayırıq!
Ədviyyatlı, toyuqlu plov
- 1 stəkan düyü,
- 2/1 toyuq,
- 1 ədəd soğan,
- 1 ədəd pomidor,
- 3 diş sarımsaq,
- Ədviyyatlar(duz, istiot, zəncəfil, darçın, şam fıstığı, badam, quru üzüm)
Ədviyyatlı, toyuqlu plovun hazırlanma qaydası:
- Soğanı təmiz soyun .
- Soyduğunuz soğanları yuyub yeməklik d doğrayın.
- Pomidoru yuduqdan sonra qabığını soyun və doğrayın.
- Sarımsaqların qabığını soyun onu da doğrayın.
- Hazırladığınız bu ərzaqları yağda qovurun.
- Toyuğu təmiz-təmiz yuyun.
- Təmizlədiyiniz toyuqları doğrayın.
- Doğradığınız toyuqları və ədviyyatları da qovurduğunuz ərzaqların üzərinə əlavə edib daha 5 dəqiqəyə yaxın vam odda bişirin.
- Sonra üzərinə isti su əlavə edin.
- Toyuqlar bişən dək qazandan çıxardıb fırına verin və qızarana qədər bişirin.
- Toyuqlar tamamən qızardıqdan sonra fırından çıxardın.
- Bu arada da isti suda saxladığınız düyünü plov qazanına qoyub üzərinə toyuqları çıxartdığınız suyu əlavə edin.
- Plovunuz da bişdikdən sonra onu geniş birb qaba yığın və üzərinə qızaran toyuqları yerləşdirin.
- Sonra isə üzərinə şam fıstığı, badam və quru üzüm səpib isti-isti servis edin.
So, what do you think ?