Min Bir Dad

Əfsanə ləzzətli təndir kababı

Əfsanə ləzzətli   təndir kababı  

əfsanə ləzzətli təndir kababı

əfsanə ləzzətli təndir kababı

Əfsanə ləzzətli   təndir kababı

Təndir kababı ləzzətli yeməklər siyahısının lap əvvəlində gəlir.

Evdə hazırlamaq çətin olsa da o dada uyğun bir dad əldə etmək olar .

Təndirin dibinə qoyulan bir qabın içərisinə soğan qoyun. 

Bu soğan ətin iyini çəkir və ətə ləzzət verir.

Təndir kababını xüsusən şam ağacı kömürü ilə bişirmək lazımdır.

 1001 dad saytı bunları nəzərə alaraq həm evdə , həm də təndirdə hazırlaya biləcəyiniz kabab təriflərini   sizlərə təqdim edir.

Bu kababları yaxınlarınızla birlikdə hazırlayaraq nuş etməyinizi arzulayıram!

Lazım olan ərzaqlar:

  • 1 kq -a yaxın   orta yağlı quzu və ya oğlaq əti  (istərsəniz dana əti də istifadə edə bilərsiniz),
  • 1 yemək qaşığı dağ kəklikotu,
  • 1 çay qaşığı cirə,
  • 1 çay qaşığı duz,
  • 4 yemək qaşığı zeytun yağı,

Hazırlanma qaydası:

  • Təndir kababı üçün ən önəmli qida quzu ətidir.
  • Qoyun, keçi əti quzu kababı qədər ləzzətli olmur.
  • Təndir kababı üçün əsasən şam ağacı kömüründən istifadə edilməlidir. Təndir kababına bir az da ləzzət verən şam ağacı kömürüdür.
  • Təndirin dibini tamamən kömür ilə doldurub  sonra yandırmaq lazımdır.
  •    Təndirin dibində atəş zəiflədikdən sonra geniş bir tava qoymaq lazımdır .
  • Qazanın içərisinə azca su qoyun.
  •  İki  hissəyə bölünmüş quzunu şişə taxaraq təndirə sallayın və təndirin ağzını örtərək ətrafını palçıqla suvayın.
  • Bir saat yarım əti təndirdə bişirin.
  • Ət bişəndən sonra qapağı açın və 15-20 dəqiqəyə yaxın əti təndirdə qoyun dəmlənsin.
  • Bişdiyi zaman ərzində yağ təndirdəki qazanın içinə damcıllayar, tavadakı yağ (kabab suyu)  istəyənlərə verilər və ya  bu suda  plov hazırlayaraq kababın yanında süfrəyə verərlər.
  • Təndir kababı əllə yeyilər.

Ev üsulu  təndir kababının hazırlanma qaydası:

  • Əti duz, kəklikotu, zeytun yağı ilə yaxşıca  qarışdırın.
  • Qarışdırdığınız əti qazana yığın.
  • Bu yeməkdə ən önəmli nöqtə xörəyin tamamən zəif atəşdə bişməsidir.
  • Bişirməyə ilk başladığınızda 3-4 dəqiqə güclü atəşdə bişirin.
  • Bişirdiyiniz zaman aradabir ətlərinizi qarışdırın ki, hərtərəfli bişsin.
  • Evdə hazırlayacağınız təndir kababı 2-3 saata bişər.

    30 dəqiqədən bir xörəyə diqqət edn yanmasın.

    Bu xörəyi evdə hazırladığınız ərişdə plovu ilə servis edə bilərsiniz.

    Nuş olsun!

     

So, what do you think ?