fbpx

Min Bir Dad

 Əncir mürəbbəsi

 Əncir mürəbbəsi

əncir  mürəbbəsi

əncir mürəbbəsi

 Əncir mürəbbəsi  üçün lazım olan ərzaqlar:


1 kq   əncir,
1 kq  toz şəkər,
1 ədəd limon suyu,
1 ədəd  çubuq  darçın,
5 ədəd müxək,
2 su stəkanı  su

Əncir mürəbbəsinin hazırlanma qaydası:

  • Yuyub qabıqlarını soyduğunuz əncirləri azacıq yumşalana qədər bişirin.
  • Bişirdiyiniz əncirləri süzün və tək- tək sıxaraq acı suyunu çıxardıqdan sonra qazana yığın.
  • Mixək  və darçını da əncirlərin arasına düzün.
    Toz şəkəri də əlavə edin  və əncirlərin suyu buraxması üçün otaq temperaturunda ağzı bağlı qabda 4 saata yaxın saxlayın.
  • Şəkər tozunda  saxladığınız, suyunu salan əncirlərlərə 2 stəkan suyu yavaş-yavaş əlavə edərək vam odda   bişirin. Əncirlərin dağılmaması üçün yavaşca qarışdırın.
  • Qaynayan   mürəbbənin hazır olub-olmamasını arada kontrol edərək 45 dəqiqəyə yaxın bişin.
  • Əncir mürəbbəsi hazır olduqdan sonra limonu sıxaraq suyunu mürəbbəyə əlavə edin.
  • Limon suyunu əlavə etdikdən sonra yenidən 10 dəqiqə bişirin  və ocaqdan alın.
  • Otaq temperaturunda soyumağa qoyun.
  • Otaq temperaturunda olan əncir mürəbbəsini bankalara doldurub tamamən soyuduqdan sonra qapaqlarını möhkəm bağlayın.
  • Sərin və çox da işıqlı  olmayan bir yerdə saxlayın.

 

So, what do you think ?