Min Bir Dad

Əncirli kremli keks

Əncirli kremli keks 

əncirli kremli keks

əncirli kremli keks 

Əncirli kremli keks 

Qəhvə və əncir dadı bir-birinə çox yaraşır.

Bu keksi mütləq edin.

Əminəm çox sevəcəksiniz.

Əslində bu keksin daha incə olması lazımdır.  

Çünki çox qabara bilir.

Orta boy  keks qəlibində  pişirin.

Çox  qabardığı üçün  böyük boy  oda davamlı qabda  etsəniz istədiyiniz incəlikdə olacaq.

 

Əncirli kremli keks üçün lazım olan ərzaqlar:

 

Keksi üçün:

  1. 3 yumurta,
    1,5 çay stəkanı şəkər,
    Yarım çay stəkanı süd,
    Yarım çay stəkanı duru yağ,
    1 paket qabartma tozu,
    1 paket vanil,
    1,5 su stəkanı un,
    6 ədəd quru əncir,
    1 çay stəkanı doğranmış qoz,1 çay qaşığı darçın,

şərbəti üçün:

  1. 1 su stəkanı süd,
    Yarım su stəkanı su,
    1 çay stəkanı şəkər,
    1 şirniyyat  qaşığı  qəhvə (nescafe),

Muhalləbisi üçün:

 

  1. 4 su stəkanı süd.
    1 yemək qaşığı nişasta (qarğıdalı  və ya buğda fərq etməz).
    2 yemək qaşığı un (qaşıqlar təpələmə olacaq),
    1 çay stəkanı şəkər,
    1 paket vanil,

Əncirli kremli keksin hazırlanma qaydası:

  1. Əncirləri yuyub qurulayın.
  2. Kiçik- kiçik doğrayın.
  3.   Qozu da  bıçaqla doğrayın.
  4. İçinə 1 çay qaşığı darçın, 1 yemək qaşığı un əlavə edib qarışdırın. (Unu keksə qatacağınız undan alın).
  5. Bir kənarda dursun.
    Keks üçün yumurta və şəkəri qataraqvağarana qədər çırpın.
  6. Süd və   maye yağı əlavə edib qarışdırın.
  7. Ələnmiş un və qabartma tozu əlavə edib qarışdırın.
    Son olaraq bir kənara qoyduğunuz doğranmış əncir və qozu əlavə edin.
    Yağlanmış böyük boy düzbucaqlı istiyə davamlı qaba  xəmiri töküb, əvvəldən   180  dərəcə  isidilmiş    fırında  keksi bişirin.
    Keks bişərkən, yarım  stəkan suyu, 1 şirniyyat  qaşığı  qəhvəni və 1 çay stəkanı şəkəri böyük bir cezvede ocağa qoyun. Qaynamağa başlayıb, şəkər əriyincə ocaqdan götürüb üzərinə soyuq süd əlavə edin.
  8. Beləcə ilıq bir şərbətiniz olacaq.
    Fırından  çıxan keksi  10 dəqiqə  gözlətdikdən sonra üzərinə şərbətini qaşıq -qaşıq tökün.
  9. Bol şərbətli sevirsinizsə suyu 1 su stəkanı olaraq istifadə edin.
  10. Toplam 2 stəkan şərbətiniz olsun.
    Son olaraq pudinq vəsaitlərini qazana alıb bişirin.
  11. Mikserlə 2 dəqiqə  çırpıb soyuyan keksin üzərinə tökün.
    Ən az 1 saata yaxın belə saxlayın.
  12. Artıq  keks servisə  hazır olur.

Nuş  olsun!

 

 

 

 

 

 

So, what do you think ?