sayfa içeriği

Min Bir Dad

Ətli bibər dolması

Kıymalı-Biber-Dolması-Tarifi-2Ətli bibər dolması üçün lazım olan ərzaqlar:

  • ½ kq  dolmalıq bibər,
  • 125 qr quşbaşı doğranmış dana  əti,
  • 125 qr quşbaşı doğranmış quzu əti,
  • ½ stəkandan bir az çox yumru düyü,
  • ½ qəhvə fincan bulğur,
  • 3 dənə soğan,
  • 3 diş sarmısaq,
  • 2 yemək qaşığı pomidor tomatı,
  • 1 yemək qaşığı şirin  bibər tomatı,
  • 2 yemək qaşığı maye yağ,
  • 1,5 çay qaşığı duz,
  • 1 çay qaşığı  ədviyyatlar,
  • Bir neçə yarpaq incə doğranmış cəfəri (istəyə bağlı)
  • ½ fincansu (iç üçün),
  • 1 stəkan su (bişirmək üçün),
  • 4 dənə quzu sümüyü,
  • 2 yemək qaşığıduru  yağ (bişirmək üçün),
  • 1 ədəd kartof (dolma qapağı üçün),

Ətli bibər dolmasının hazırlanma qaydası:

  • Dolma bibərləri ayırtlayıb yuyun.
  • Kartofları əvvəlcə yuyun.
  • Kartofları soyub dolma bibər qapağı olacaq şəkildə kəsib, suda saxlayın.
  • İç xərci üçün dana quşbaşı və quzu quşbaşı ətlərinizi incə-incə doğrayın.
  • Soğanları da incə doğrayın.
  • 2 diş sarımsağı da incə-incə doğrayın.
  • 1,5 yemək qaşığı pomidor tomatını, 1 yemək qaşığı bibər tomatını, düyünü, bulğuru, 2 yemək qaşığı maye yağı, yarım fincan suyu, ədviyyatları, cıfərini(istəyə görə), duzu qatıb yaxşı-yaxşı qarışdirın.
  • Dolmalıq bibərlərinizi doldurun.
  • Çox basdırmadan bibərin üstündə azca boşluq qalana qədər doldurun.
  • Kəsdiyiniz kartoflarla bibərlərin ağzını bağlayın.
  • Qazana sümükləri düzün.
  • Üstünə doldurduğunuz bibərləri düzün.
  • Bir qabda 1 stəkan suyu yarım yemək qaşığıpomidor tomatı, 1 diş sarımsaq kəsin.
  • 2 yemək qaşığı maye yağ, yarım çay qaşığı duzu qarışdırıb qazanın kənarından içinə töküb , qapağını örtün.
  • Orta atəşdə bişirin, qaynayınca ocağın altını lap azaldın.
  • Azaltdıqdan sonra 40 dəqiqə yenə bişirin.
  • Servis edərkən bir iki qaşıq yeməyin suyundan tabağa tökün.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *