Min Bir Dad

Ətli blinçik

ətli blinçik

ətli blinçik

Ətli blinçik hazırlamaq üçün lazım olanlar:

ətli blinçik üçün lazım olanlar

Blinçik üçün:

  • Yumurta: 2 ədəd,
  • Şəkər tozu: 1 və ya 1,5 xörək qaşığı,
  • duz,
  • Süd: 2 stəkan,
  • 2 xörək qaşığı duru yağ,
  • 1 stəkan və ya aldığı qədər un,

İçlik üçün:

  • 500 qram mal əti,
  • 1 ədəd baş soğan,
  • istiot,
  • duz,
  • duru yağ (içliyi qızartmaq üçün),

Ətli blinçik hazırlanma qaydası:

İçliyin hazırlanması

ətli blinçik ətin bişirilməsi

Ətli blinçik hazırlamaq üçün əvvəlcə içliyin hazırlanmasına başlayaq.

Ət yağda bişirilir.

Yanmaması və bərabər bişməsi üçün ət və soğan arada qarışdırılır.

Bişməyə az qalmış duz və istiot vurulur.

Qeyd:

Ətlər əvvəlcədən qiymə halına gətirilib o şəkildə də bişirilə bilər.

ətli blinçik qiymə hazırlanması

Soğan və ətlər bişdikdən sonra onları ət doğrama baltası vasitəsi ilə qiymə halına gətirilir.

Bu şəkildə hazırlanan ət daha ləzzətli olur.

 Blinçikin  hazırlanması:

ətli blinçik xəmiri hazırlanması

ətli blinçik xəmiri

  • Geniş bir qab götürülür.
  • Burada blinçik üçün lazım olan ərzaqları qarışdırırıq və duru blinçik xəmiri hazırlayırıq.
  • Tava ocaqda isidilir. İsti tavaya blinçik xəmirindən biraz tökülür.
  • Hazırlanacaq blinçiklərin ölçüsünə uyğun tava seçilir.
  • Məsələn, böyük blinçik hazırlayacağımız təqdirdə daha böyük, kiçik blinçik hazırlayacağımız təqdirdə daha kiçik tava seçirik.
  • Blinçik xəmirini tavaya tökdükdən sonra tavanı hər tərəfə əyərək xəmirin tavaya bərabər şəkildə yayılmasını təmin edirik.
  • Xəmirin bir üzü bişdikdən sonra ikinci üzünü də çeviririk və hər iki üzünü bişiririk.
  • Qalan blinçik xəmirinin hamısını eyni qaydada bişiririk və bişən blinçikləri üst – üstə yığırıq.
  • İndi isə blinçikləri hazırlayın.
  • İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.

Ətli blinçikin  içərisinə ət qoyulması:

  • Hazır blinçik masanın üzərinə qoyuru.
  • İçərisinə əvvəlcədən hazırladığımız bişmiş soğanlı qiymədən biraz qoyuruq.
  • Blinçiki zərf formasında bükürük.
  • Bütün blinçikləri bu formada bükdükdən sonra tavaya biraz yağ əlavə edirik.
  • İçərisinə içlik qoyduğumuz ətli blinincik bu tavada yağda qızardılır.
  • Bişirdiyimiz ətli blinçik artıq yağlardan qurtarması üçün salfetin üzərinə qoyulur.
  • Yağı salfet tərəfindən çəkilən ətli blinçik süfrəyə verilmək üçün hazırdır.

So, what do you think ?