Min Bir Dad

Ətli qarabaşaq yarması

0

ətli qarabaşaq yarması

Ətli qarabaşaq yarması

Ətli qarabaşaq yarması hazırlamaq üçün lazım olanlar:

  • Qarabaşaq yarması: 1 kiloqram,
  • Quzu qabırğası (və ya toyuq əti), sümüksüz ət və s: 0,5 kq,
  • Maye yağ,
  • Baş soğan,
  • Kök: 0,5 kq,
  • Su: Təqribən 2 litr,
  • Duz,
  • İstiot,
  • Zirə,

Ətli qarabaşaq yarması hazırlanma qaydası:

  • Qarabaşaq yarmasından hazırlanan bu  yeməyi, hazırlanma qaydası  biraz Özbək plovuna da bənzəyir.
  • Ətli qarabaşaq yarması yeməyi hazırlamaq üçün quzu qabırğaları doğranıb yuyulduqdan sonra orta ölçülü doğranılır.
  • Qazana yağ əlavə edilir və sümüklü quzu qabırğa burada qızardılır.
  • Tam bişmədə ocağın üzərindən götürülür.
  • Baş soğanlar soyulur.
  • Soyulduqdan sonra baş soğan doğranılır.
  • Bir tavaya yağ əlavə edilir.
  • Yağ isindikdən sonra doğranan soğanlar buraya əlavə edilir.
  • Soğanların rəngi dəyişənə qədər qızardılır.
  • Soğan bişirilən qazana yarımçıq qızarmış ət əlavə edilir.
  • Ocağın temperaturu azaldılır.
  • Vam odda soğanla ət bişirilir.
  • Soğanın içərisinə qarışdırılmış ətin bişməsinə çox az vaxt qalanda, soğanla ət olan qazana duz, istiot, zirə əlavə edilir və qarışdırılır.
  • Yerkökü əvvəlcə təmiz yuyulur, qabığı incə bir şəkildə soyulur.
  • Qabığı soyulan yerkökü  kiçik ölçüdə doğranılır.
  • Kiçik ölçüdə doğranılan kök, soğanlı ət olan qazana əlavə edilir.
  • Qazana çox az miqdarda su əlavə edilir.
  • Köklərin də bərabər səviyyədə bişməsi üçün arada qarışdırılır.
  • Qarabaşaq yarması yuyulur, süzülür.
  • Syu süzülən qarabaşaq yarması bir tavada orta şiddətli odda qovrulur.
  • Arada yarma qarışdırılır.
  • Qarabaşaq yarması yaxşıca qovrulduqdan sonra içərisində soğanla ət olan qazana əlavə edilir.
  • Burada qarabaşaq yarmasına duz əlavə edilir.
  • Bundan sonra ətli qarabaşaq yarmasına su əlavə etmək lazımdır.
  • Suyu qarabaşaq yarmasının birbaşa üzərinə tökmək məsləhət deyil.
  • Bunun üçün tavanın içərisində havada kəfkir və ya qaşıq olur və su bunların üzərinə tökülür.
  • Bu sayədə yeməyin üst hissəsi deşilmir.
  • Xörəyə su əlavə edərkən bir dəfədə 2 litr suyun hamısını istifadə etmək düzgün deyil.
  • Suyu azmiqdarda əlavə edi, ehtiyac olduğunda yenidən əlavə etmək lazımdır.
  • Qarabaşaq yarması bişərkən ocağın temperaturun azaltmaq lazımdır.
  • Xörək vam odda bişməlidir.
  • Təqribən 40 dəqiqədən sonra içərisində ətli qarabaşaq yarması olan qazanın qapağı açılır. Ətli qarabaşaq yarmasının üzərində qaşıqla ir dəlik açılır və buraya kərə yağ qoyulur.
  • Qazanın qapağı örtülür, kərə yağın əriyib bütün qarabaşaq yarmasını islatması gözlənilir.
  • Bundan sonra ocaq söndürülür.
  • Bişmiş ətli qarabaşaq yarması xörəyi, süfrəyə isti – isti verilir.

So, what do you think ?