Ətli tart
Tart dediyimizdə ağlımıza ilk öncə almalı, çiyələkli tart gəlir. Amma bol kərə yağlı ağızda dağılan bu gözəllər gözəli xəmirin duzlusunu yapıb, içinə kiçik-kiçik doğranmış ət parçaları və rəngləndirmək üçün ən gözəl tərəvəzləri əlavə etməkdən də məhrum bıraxa bilməzdik özümüzü.
Bol kərə yağı alması səbəbindən ilk dişləmədə ağızda dağılma qarantisi verən bu mükəmməl tərifi bir dəfə hazırladığınızda tez-tez hazırlamaq üçün səbirsizlənəcəksiniz belə. Ət yeməyinin yanında çörək yemək istəməyənlərə, ancaq xəmirdən də vaz keçə bilməyənlər üçün 1001 dad yemək saytı bu tərifi təqdim edir.
8 nəfərlik,
25 dəqiqəyə hazırlanır,
20 dəqiqəyə bişir
Lazım olan ərzaqlar:
Tart xəmiri üçün:
-
250 q un,
-
125 q kərə yağı,
-
1 ədəd yumurta,
-
1 yemək qaşığı duz
İçərisi üçün:
-
250 q quşbaşı dana döş əti,
-
1 yemək qaşığı kərə yağı,
-
1 su stəkanı bişmiş yaşıl noxud,
-
2 ədəd kök,
-
1 ədəd kartof,
-
1şirniyyat qaşığı duz,
-
1 çay qaşığı istiot
Hazırlanma qaydası:
-
Tart xəmiri üçün:
- Unu geniş bir qaba ələyin.
- Kərə yağını barmaq ucu ilə xəmirə yedirin.
- Soyuq kərə yağı istifadə etmək tart xəmirinin ağızda dağılmasına yardımcı olur.
- Diğər ərzaqları əlavə edin və bərk olmayan bir kvama gəlincəyə qədər yoğurun.
- Bütün ərzaqlar bir-birinə qarışınca xəmiri streç filmə sarıyıb dinləndirin.
-
İç dolğunun hazırlanışı:
- Bütün ərzaqları eyni ölçüdə doğrayın.
- Tavanı isidin və kərə yağını əridin.
- Əriyən kərə yağının içində kök və kartofları qovurun.
- Kök və kartoflar azca yumşalan kimi ət və noxudu əlavə edib yaxşıca bişirin.
- Duz və istiotu da qatıb ləzzətləndirin.
- İç xərci hazır.
- Fırını 170 dərəcəyə yaxın qızdırın.
- Tart qəliblərini yağlayıb , unlayın.
- Xəmiri iki yağlı kağız arasında oxlov və ya vərdənə yardımı ilə incəldin.
- Xəmiri qəlibə yerləşdirib altında çəngəllə deşiklər açın.
- İç xərcini doldurun və eyni şəkildə incəldilmiş xəmirlə üzərini örtün.
- Fırında xəmir qızarana qədər bişirin.
- İstəsəniz sulandırılmış yumurta sarısı sürtərək tartınızı süsləyə bilərsiniz.
- İsti halda servis edin.
So, what do you think ?