sayfa içeriği

Min Bir Dad

Ətsiz çiy küftə

Ətsiz çiy küftə

 

Ətsiz çiy küftə

Ətsiz çiy küftə

Ətsiz çiy küftə

Ətsiz çiy küftə çox ləzzətli olur. Bu küftəni hazırlayarkən ət əvəzinə kartof və qoz istifadə edilir.

Amma ətli küftədən heç fərqlənmir.

 Sizlər də Ətsiz çiy küftə hazırlamaq istəyirsiniz?

Bunu nəzərə alan 1001 dad yemək saytı sizlərin sevərək hazırlaya biləcəyi bir tərifi təqdim edir.

  Tərif çox sadədir.

Ətsiz çiy küftəni hazırlamağı sevdiklərinizlə, yaxınlarınızla nuş etməyinizi arzulayıram!

   

Ətsiz çiy küftə hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 3 su stəkanı  bulğur,
  • 2 orta boy pomidor,
  • 1 kiçik soğan,
  • 1 su stəkanı qoz,
  • 1 orta boy limon,
  • 1  kiçik bişmiş kartof (100 qr ),

Sosu  üçün:

  • 1 su  stəkanı zeytun yağı,
  • 1  qaşıq yarım pomidor bibət tomatı,
  • 1 yemək qaşığı   müxtəlif ədviyyatlar,
  • 1 şirniyyat qaşığı istiot,
  • 2 yyemək qaşığı pul bibər,
  • 1 yemək qaşığı nar şərab,
  • 2 diş sarımsaq,

Ətsiz çiy küftə necə hazırlanır?

  • Ətsiz çiy küftəni hazırlamaq üçün əvvəlcə sosunu hazırlamaq lazımdır.
  • Zeytun yağını tavaya qoyun.
  • Tomatı  da əlavə edib ocağı yandırın.
  • Tomatı bir az yağda qarışdırın və üzərinə ədviyyatları, istiotu, pul bibəri, nar şərabını əlavə edib qarışdırın.
  • Hazır sosu bir kənara qoyun.
  • Pomidorların qabığını soyun.
  • Soyduğunuz pomidorları doğrayıb  mətbəx robortundan keçirin.
  •  Soğanı soyub 4- ə bölün vəpomidorla birlikdə pürə halına gələnə qədər robortdan keçirdin.
  •  Üzərinə bulğuru əlavə edib robortu çalışdırın.
  • 3-4 dəqiqə  sonra qarışımı bir yoğurma qabına alın.
  • Robortunuz yoxdursa, bu işləri əllə də edə bilərsiniz.
  • İncə çəkilmiş qozu  bulğurun içinə əlavə edib qarışdırın.
  • Limonu 4 parçaya bölün.
  • Çəyirdəklərini çıxarıb bulgura əlavə edin.
  • Limon parçalarını sıxaraq yoğurmaya davam edin.
  • Qabıqlar tamamən susuz qalınca,bulğurun içindən çıxardın.
  • Bu əsnada bulğur  bir az  yumşalmış olacaq.
  •  Kartofu soyub yaxşıca əzin və bulğura əlavə edib  yenidən yoğurun.
  • Əvvəlcədən  hazırladığınız sosu bulğura əlavə edib  yoğurmağa davam edin.
  • Hazır hala gələn küftəyə incə doğranmış cəfəri əlavə edib yenidən yoğurun.
  • Çiy   küftə şəklində düzəldib servis tabağına   düzün.
  • Bol tərəvəz  və ayranla servis edin.

Nuş olsun!

NOT:

  • Əgər turş olmağını istəmirsinizsə içərisinə limonu bütöv yox, yarsını sıxın.
  • Turş olmağını istəmirsinizsə nar şərabı da əlavə etməyə bilərsiniz.
  •  Əgər tomatlarınız duzludursa   duz istifadə etməyə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *