Min Bir Dad

Əvəlik aşı

əvəlik aşı

əvəlik aşı

Əvəlik aşı

Lazım olanlar:

  • əriştə,
  • əvəlik,
  • soğan,
  • lobya,
  • yağ,
  • istiot,
  • qatıq (qurut),
  • sarımsaq,
  • Əvəlik aşı hazırlanma qaydası: 
  • Əvəlik aşı bişirmək üçün bir gün əvvəlcədən quru lobya bol suda isladılmaq üçün buraxılır.
  • Xörək bişirilərkən əvvəlcə baş soğan doğranır.
  • Sonra doğranmış soğan yağda yüngül qızardılıb soğança hazırlanır.
  • Bir gün əvvəlcədən islağa qoyulmuş lobyalar süzülüb yuyulur.
  • İsladılıb yuyulan lobyalara yağ və soğan əlavə edilir və biraz su qoyularaq qaynadılır.
  • Lobya və soğan qaynayarkən quru əvəlik doğranılır.
  • Yumşalıb islanması üçün üzərinə qaynar su tökülür.
  • Lobya bişdikdən sonra doğranmış və qaynar su ilə isladılıb yumşalmış əvəlik lobyanın üzərinə əlavə edilir.
  • Lobya, soğan və əvəlik biraz qaynadıqdan sonra bunlara evdə hazırlanmış əriştə də əlavə edilir.
  • Az qaynadılır.
  • Yeməyin bişməsinə az qalmış duz əlavə edilir.
  • Süfrəyə verilən zaman üzərinə istəyə bağlı olaraq istiot, sarımsaqlı və ya sarımsaqsız qatıq əlavə edilə bilər.

    Qeyd:

  • Qatıq olaraq süzmə qatıq və ya qurut istifadə olunması, xörəyə özünəməxsus ləzzət qatır.
  • Xüsusi ilə soyuq qış aylarında çox faydalı bir yeməkdir.

So, what do you think ?