Min Bir Dad

10 dəqiqədə şokoladlı tart  keksi. 

0

10 dəqiqədə şokoladlı tart  keksi

10 dəqiqədə çokoladlı tart keks

10 dəqiqədə çokoladlı tart keksi

10 dəqiqədə çokoladlı tart keks

dəqiqədə çokoladlı tart keks

10 dəqiqədə hazırlanan şokoladlı tart  keksi  üçün lazım olan ərzaqlar: 

  • 2 yumurta,
  • 1 çay stəkanı şəkər tozu,
  • 1 çay stəkanı süd,
  • 1 çay stəkanı duru yağ,
  • 3 yemək qaşığı kakao,
  • 1 paket vanilin,
  • 2 çay stəkanı un,
  • 1 paket qabartma tozu,

10 dəqiqədə  hazırlanan  şokoladlı tart  keksini  islatmaq üçün:

  • 1 su stəkanı süd,

10 dəqiqədə şokoladlı tart  keksin kremi    üçün:. 

  • 200 ml süd qaymağı,
  • 200 q südlü bittər qarışıq şokolad,

10 dəqiqədə şokoladlı tart  keksin üzəri üçün:

  • Hindistan cevizi,
  • Şokolad  parçaları,
  • Şokolad topları,

10 dəqiqədə şokoladlı tart  keksin hazırlanma qaydası: 

  • Yumurta  və  şəkəri 8-10 dəqiqəyə  yaxın  köpürüncə  çırpın.
  • Süd , duru yağı, vanilini , kakao, ələnmiş unu ələyərək  qarışdırdıqdan sonra ələnmiş qabartma tozunu da əlavə edib  spatula ilə  qarışdırın.
  • Sobanı əvvəlcədən 170 dərəcə qızdırın.
  • Kərə yağı ilə yağlanmış 28 cm -lık tart qəlibinə  boşaldıb  öncədən qızdırılmış sobada  170 dərəcədə  22-23 dəqiqədə  nəzarət edərək bişirin.
  • Bişən tartı sobadan çıxardıb soyumağa qoyun.
  • Soyuyan  keksi   servis tabağına tərs çevirin.
  • Kürdan ilə  dələrək 1 su stəkanı  süd  ilə hər tərəfini  ısladıb   südün  çəkilməsini  gözləyin.
  • Son olaraq hazırlanan kremi  üzərinə yayın.
  • Arzuya görə  süsləyin.

Nuş olsun!

So, what do you think ?