fbpx

Min Bir Dad

Şəfa deposu:  Quşburnu  cemi

qusburnu  cemi

Quşburnunun faydalarını saymaqla bitmir.

Qışda çayını, bəkməzini tükədirik.

Cildimiz   üçün istifadə etdiyimiz quşburnu yağında ana malzəməsi   olan quşburnunu  bu dəfə sizlərə  klassik,  ancaq  yeməyə  doya   bilməyəcəyiniz bir cem  olaraq çatdırmağa çalışacağıq. 

Hazırlanması çox  zəhmətli olsa da dadına bayılacağınız bu   cemdən kurabiyə  ve keklərinizi  bəzəmək üçün istifadə edə bilərsiniz.

Cem  tərifləri  arasında da ən ləzzətli və fərqli  təriflərdən biri o!

Şəfası bol, ləzzəti də ləziz quşburnu  cemi  tərifimizə buyurun.

6 kiçik ölçülü banka,

30 dəqiqəyə hazırlanır.

1, 5 saata hazırlanır.

  Quşburnu  cemi   üçün lazım olan ərzaqlar:

  • 3 kq quşburnu,
  • 2 litr  su,
  • 1,5 kq  şəkər

 Quşburnu  ceminin  hazırlanma qaydası:

  • Əvvəlcə incə  qabıqlı və ətli quşburnu seçməyə  diqqət edin.
  • Quşburnu meyvələrinin sapını və uçlarındakı   tüklü hissələrini  kiçik bir bıçaq yardımıyla kəsin.
  • İki ucunu da ayırtladığınız quşburnu meyvələrini gözəlcə yuyun və buxar qazanına  alın.
  • Buxar qazanına eyni səviyyəyə  gələcək qədər su əlavə edin və 40-45 dəqiqə  yaxşı yumşalana qədər bişirin.
  • Yaxşı yumşaldığına əmin olduqdan sonra quşburnunu qazanda əzin.
  • Süzgəcdən  keçirmədən öncə azca  əzilməsi  daha asan  süzülməsini təmin edəcəkdir.
  • Buxar qazanı yerinə   normal qazanda da hazırlaya bilərsiniz.
  • Qazanın  böyüklüyünə görə suyun buxarlanma sürəsi və marmelatın qatılaşması deyişəcəkdir.
  • Buna görə də  qaynama sırasında ocaqdakı  qazanı tez-tez  kontrol edin.
  • Əzilmiş quşburnu meyvələri isti halda altına geniş bir kasa yerləşdirdiyiniz incə dəlikli bir süzgəcdən keçirməyə başlayın.
  • Quşburnunu böyük  bir taxta qaşıq  yardımıyla basdıraraq  çəyirdəyinin süzgəcin üzərində qalmasına çalışın.
  • Bir  neçə dəfə  bu aşamayı təkrar etdikdən sonra  süzgəcin tutulmuş gözlərini təmizləyib bu prosesi bir neçə dəfə də təkrarlayın.
  • Süzgəç üzərində qalan posanı arada bir az -az su əlavə edərək basdırın  ki,  qalan püre halındakı  quşburnunu ziyan etməmiş olarsınız.
  • Süzgəcdən keçirmə işləmi bitdikdən sonra süzgəcinizi təkrar yuyun.
  • Püre halına gəlmiş quşburnunu təkrar süzgəcdən keçirin.
  • İçi olduqca incə  çəyirdəkli, tüklü və tikanli bir meyvə olduğu üçün bu prosesləri tamamən tətbiq edin.
  • Son olaraq kiçicik tük  və tikanlardan təmizləndiyinə əmin  olmaq üçün   incə bir tülbənt alın və püreni  qaynadacağınız qazanın  üzərinə gələcək şəkildə yerləşdirin.
  • Çömçə yardımıyla tülbəndə quşburnu püresini əlavə edərək  möhkəm  sıxın.
  • Tülbəndin gözənəkləri qapandığında yuyaraq işləmi  bir  neçə dəfə təkrar edin.
  • Bütün püreni tülbəntdən keçirənə  qədər davam edin.
  • Qaynamağa hazır olan quşburnu püresinə,  çıxan pürenin qatılığına  və damaq  zövqünüzə görəı  də ayarlayaraq 1.5 kq -a yaxın  (5-6 su stəkanı) şəkər əlavə edin və ocağa alın.
  •  25-30 dəqiqə boyunca orta  vam odda  davamlı olaraq qarışdırın və bu sırada üstündə olan köpükləri təmizləyin.
  • Qatılığını  kontrol etmək üçün   cemi mütləq  soyudun.
  • İsti    cemi  qatılığı ilə  bankalara yığdıqda  qatılığı fərqli olacaqdır.
  • Süzmə  işləmi  cem dadı və  ağızda buraxdığı  dad  üçün   çöx   önəmlidir, gərəkdiyi  qədər təkrar edin və bu aşamanı əsla unutmayın.
  • Qatılığını kontrol etmək üçün mərmər dəzgaha bir yemək qaşığı tökərək soyudun.
  • Quşburnu   cemini   isti halda  bir çömçə  yardımıyla bankalara  tökün və qapağını qapatdığınız  bankaları  tərs çevirərək dəzgaha alın.
  • Bankalar  soyuduqdan sonra istədiyiniz  zaman tükədə  bilərsiniz.
  • Dadlı poğaçaların içinə, kurabiyələrin arasına  və ya çörək dilimi üzərinə kərə yağı və  cem  sürtərək  istifadə edə bilərsiniz.

 

So, what do you think ?