fbpx

Min Bir Dad

   Balkanlardan   gələn ləzzət dalğası:Lutenitsa 

0

   Balkanlardan   gələn ləzzət dalğası:Lutenitsa 

Balkanlardan gələn ləzzət dalğası: Lutenitsa

Balkanlardan gələn ləzzət dalğası: Lutenitsa

”Pomidor, bibər, badımcan…”

Üç olmazsa olmazına sarımsaq, zeytunyağı və diğər ədviyyatlar  da ləzzət qatar.

Ortaya çörəyə batırıb-batırıb yeyilən dadlı ləzzətli “Lutensiya”  çıxar.

Balkanlarda, özəlliklə Bolqaristanda payız girərkən   hazırlanar bu sos.

Və  qış boyunca ləzzətlə tükətilən  bir sos.

Sosu ləzzətləndirmək üçün ədviyyatlardan da  istifadə edə bilərsiniz.

Sizlərə kiçik bir sirr verim.

Sadəcə qəhvəaltılarda deyil, qırmızı ət, toyuq və makaron üçün olan  sosu, hətda pizza sosu olaraq da istifadə edə bilərsiniz  Lutenitsanı.

1 kiçik banka,

40 dəqiqəyə hazırlanır,

1 saata bişir.

Lutenitsa üçün lazım olan ərzaqlar:

  • 5 ədəd pomidor,
  • 4 ədəd  bibər,
  • 2 ədəd badımcan,
  • 3 diş sarımsaq,
  • 1/2  çay stəkanı zeytun yağı,
  • 2 çay qaşığı şəkər,
  • 1 çay qaşığı duz,
  • 1/2 çay qaşığı istiot.

Lutenitsa necə hazırlanır?

  • Bibər və badımcanları yaxşıca közləyin.
  • Közlədikdən sonra qabıqlarını rahat soymaq  üçün qaba alıb üzərini örtün.
  • Yaxşıca tərləyən bibər və badımcanların qabıqlarını soyun.
  • Çəyirdəkli hissələrini çıxardıb  mətbəx robortundan keçirdin.
  • Yuyulmuş pomidorları rəndələyin  yaxud da robortda əzin.
  • Sarımsaqların qabıqlarını soyun və bir bıçaq yardımı ilə çox kiçik doğrayın.
  • Böyük bir qazanın içinə az miqdar zeytun yağı və sarımsaqları alın.
  • Sarımsaqları azca saralana qədər qızardın.
  • İçərisinə pomidorları əlavə edin.
  • Bir az bişirdikdən sonra badımcan və bibərləri də əlavə edin.
  • Vam odda yavaş-yavaş bişməyə qoyun.
  • Bu əsnada isə zeytun yağını yavaş- yavaş əlavə edin.
  • Qaynamağa başladıqdan sonra ədviyyat və duzunu əlavə edin.
  • Pomidorların suyu çəkilənə qədər bişirin.
  • Tamamən bişdiyinə əmin olduqdan sonra ocağı söndürün və şəkərini əlavə edin.
  • Sosunuzu hazırlayarkən dadlandırmaq üçün içərisinə kök əlavə edə bilərsiniz.
  • Kökü əlavə etmədən öncə azca bişirib robortdan keçirdin.
  • Sosları hazırladıqdan sonra üzərinə 2 yemək qaşığı qədər zeytun yağı əlavə edib, ağız hissəsindən hava almayan qablarda uzun zaman saxlaya bilərsiniz.
  • Hazırladığınız  qarışım tamamən soyuduqdan sonra   bankalara yığın.

Nuş olsun!

 

So, what do you think ?