fbpx

Min Bir Dad

Sağlıqlı və az kalorili   şəkərsiz kök  topaları

0

Sağlıqlı və az kalorili   şəkərsiz kök  topaları

kök topaları

Diyetə başlayarkən  hər birimizin şirniyata olan ehtiyacının  artdığını  hiss edirik.

Bədənimiz digər qidalara ehtiyac duyulduğu kimi  , şəkər istehsal edən qidalara da ehtiyac duyulur.

Bu ehtiyacı qarşılamaq üçün isə təbi qidalardan istifadə etmək daha sağlıqlı   və düzgün olar. 

Sağlıqlı və az kalorili   şəkərsiz kök  topaları  üçün lazım olan ərzaqlar:

  • 2 ədəd rəndələnmiş kök ( 1 su stəkanı ),
  • 1 su stəkanı  döyülmüş kaju,
  • 1 su stəkanı  Hind qozu,
  • 10 ədəd xurma,
  • 4 yemək qaşığı  duru yağ,
  • 1 çay qaşığı darçın,
  • 1 çay qaşığı rəndələnmiş təzə zəncəfil,
  • 1 çay qaşığı vanilin,

Sağlıqlı və az kalorili   şəkərsiz kök  topalarının hazırlanma qaydası:

  • Kök, xurma, kaju və  hind qozunu ayrı- ayrı mətbəx  robotundan keçirin.
  • Hind  qozunu  rəndələnmiş də   ala bilərsiniz.
  • Təzə zəncəfili rəndədən keçirdin.
  • Bütün  ərzaqları bir qabın içərisinə alaraq yaxşıca  qarışdırın.
  • Quru olduğunu hiss edərsinizsə  bir az  yağ  əlavə edə bilərsiniz.
  • Bişirmə kağızı sərmiş olduğunuz qaba  qarışımdan qaşıqla yığın.
  • Yaxşı  bir formada  olmasını istəsəniz əlinizlə  yumru şəkil verə bilərsiniz.
  • Kök topalarını soyuducuda  bir saata   qədər saxladıqdan  sonra  istifadə edə bilərsiniz.
  • Üzərinə azacıq  pudra şəkəri və ya kakao da səpə bilərsiniz.
  •  Pəhriz edənlər kök  topalarından   gündə 2 və ya 3 ədəd  tükədə bilərlər.
  •  Qarışımı hazırlayarkən içərisinə toz şəkər əlavə etməkdən çəkinin.

So, what do you think ?