fbpx

Min Bir Dad

Avropa mətbəxinin məşhur yeməyi- “Kartoflu zrazı”

0

Avropa mətbəxinin məşhur yeməyi- “Kartoflu zrazı”

kartoflu zrazı

kartoflu zrazı

Zrazı yeməyi -Şərqi Avropa ölkələrinin, əsasən də Polşa, Litva, Latviya kimi ölkələrin məşhur yeməyidir.

Ənənəvi olaraq  “Zrazı”müxtəlif içliklərlə doldurulan ət yeməyidir.

İlk baxışdan kotletə bənzəyir.

Lakin ətin içində göbələk və yaxud da yumurta ola bilər.

Bu tərifidə isə  1001 dad saytı sizlərə kartofdan hazırlanan “Zrazı”yeməyini təqdim edir.

Lazım olan ərzaqlar:

  • 500 q qiymə (mal ),
    5-7 ədəd kartof,
    1 ədəd baş soğan,
    3 diş sarımsaq,
    1 ədəd yumurta,
    200-300 q un,
    Duz,
    İstiot,

Qızartmaq üçün:

  • Yağ,
    Suxarı

Hazırlanma qaydası:

  • Əvvəlcə püreni hazırlamağa başlayın.
  • Kartofları qaynadaraq suyunu süzün və püre olana qədər əzin.
  • Hazırladığınız püreyə duz, istiot, yumurta əlavə edib qarışdırın.
  • Tamamən bu ərzaqlar qarışıb püre olduqdan sonra yavaş-yavaş un əlavə etməyə başlayın.
  • Kartofla hazırladığınız xəmir ələ yapışmamalıdır.
  • Hazır olandan sonra soyumağa qoyun.
  •  Sarımsağı  bitki yağında qızardın.
    Qiyməni  əlavə etdikdən  sonra isə duz və istiot vurub hazır olana qədər qızardın.
    Azacıq ələ yağ və ya su vurub kotletlərə forma  verin.
  • Kartof xəmirini yastı şəkildə əldə yayıb, ortasına ət qiyməsi əlavə edərək hər tərəfini bağlayın.
    Hazır kotletlərin  hər tərəfini suxarıya batırın.
  • Orta atəşdə hər tərəfli qızardın.
  • Kartoflu zrazılar hazırdır.
  • Süfrəyə müxtəlif soslarla verə  bilərsiniz.

Nuş olsun!

 

So, what do you think ?