fbpx

Min Bir Dad

 Koreya mətbəxindən  : “Yumurta rulonu (Egg Roll)”

0

 Koreya mətbəxindən  :

“Yumurta rulonu (Egg Roll)”

 

yumurtalı rulon

4 dilim

30 dəqiqəyə hazırlanır,

15 dəqiqədə bişir.

Yumurta Rulosu (Egg Roll) üçün lazım olan ərzaqlar:

  • 5 ədəd yumurta,
  • 5 şorba qaşığı süd,
  • 2 ədəd yaşıl bibər,
  • 2 ədəd göbələk,
  • 2  ədəd sosis,
  • Arzunuza görə  ədviyyat  qarışığı, 
  • Ağız dadınıza görə duz

Yumurta rulonu (Egg Roll) necə hazırlanır?

  • Sosis, göbələk və   bibərlərimizi ola bildiyincə kiçik doğrayın. (İstəsəniz rəndələyə bilərsiniz.)
  • Originalda soğan və kök olur bu qarışımın içində .
  • Sizlər öz istəyinizə görə ərzaq seçə bilərsiniz , amma kiçik doğramaq şərtiylə.
  • Yumurtlarınızı bir qabda  yaxşıca çırpın.
  • Süd, duz və istədiyiniz ədviyyatları da əlavə edib bir az daha çırpın.
  • Doğradığınız ərzaqları  çırpdığınız yumurtaların içinə  əlavə edin.
  • Kiçik bir kasaya duru   yağ tökün.
  • Sonra geniş və böyük bir tavanı fırçayla tamamən  yağlayın.
  • Yağı qoyduğunuz kasa  yanınızda qalsın çünki  yenidən istifadə edəcəksiniz.
  • Tava qızdıqdan  sonra qarışımdan 1 çömçə  tavaya tökün. (Bu tərifə  görə 3 çömçə  çıxmalıdır).
  • Rulon  hazırlayıb geriyə  çəkdiyinizdə qopmuş olarsa  qorxmayın, qarışımdan qopan  hissəyə bir  az əlavə etsəniz   qopan hissə bərpa ola bilər.
  • Altı vam odda bişən   blinçikinizin  yarısına qədər bir tərəfindən  rulon hazırlayın.  Rulon hazırlayarkən    açıqda qalan hissəsinə fırçayla yenidən yağ vurun.
  • Sonra rulonuzu yağ vurduğunuz hissəyə   doğru geri çəkin və bu dəfə açıq qalan diğər hissəyə də fırçayla yağ sürtün.
  • Çömçə  ilə az öncə yağladığınız hissəyə  yenidən qarışımdan əlavə edərək bişirin.
  • Bişdikdən sonra isə  eyni işləmləri təkrar edin.
  • Bu aşamalarla  blinçikləri bişirin: Rulon hazırla-Yağla-Geri çək-Yenidən yağla-qarışımdan tök.
  • Qarışım bitdiyində   rulonunuz da bitmiş  olur.
  • Son işləm olaraq orta atəşdə dağılmayacağına əmin olduqdan sonra üzərini bir az da qızarda bilərsiniz.

Nuş olsun!

So, what do you think ?