fbpx

Min Bir Dad

Qurabiyə  dadında: Qlutensiz poğaça

0

Qurabiyyə  dadında: Qlutensiz poğaça

glutensiz-poğaca

qlutensiz  poğaca

  Ağızda dağılan, yeməklə  doymayacağınız sizi çox  sevindirəcək tərifimizə  buyurun .

Qarşınızda noxud unuyla hazırlanan, inanılmaz sadə: Qlutensiz poğaça !

 Noxud unuyla hazırlanan  bu qlutensiz poğaça tərifi çox sadə  və çox da sağlıqlıdır.

İçində bolca lor pendiri var və xüsusi ilə də  qəhvəaltılarda ləzzətli  olur. 

Uzun bir sürə təzəliyini qoruyur.

Fırından çıxınca ilıq- ilıq tükətməyiniz məsləhətlidir.

12 ədəd.

10 dəqiqəyə hazırlanır.

25 dəqiqəyə bişir. 

 

Qlutensiz poğaça üçün lazım olan ərzaqlar:

  • 1 su  stəkanı  noxud unu,
  • 1 ədəd yumurta ağı,
  • 1 su stəkanı lor pendiri,
  • 1/2 su stəkanı qatıq,
  • 1 şirniyyat  qaşığı qabartma tozu.

Üstü üçün:

  • 1 ədəd yumurta sarısı,
  • 1 yemək qaşığı çörək otu.

 

Qlutensiz poğaça necə hazırlanır?

  • Bütün ərzaqları  bir qabda qarışdırın və əlinizlə gözəlcə yoğurun.
  • Noxud ununun şəkil alması bir az zor ola bilər.
  • İstəsəniz əlinizlə sıxışdırar , istəsənizdə   bir dondurma qaşığının  yardımı ilə şəkil verə bilərsiniz.
  • Şəkil verdiyiniz  poğaçaları yağlı kağız sərdiyiniz bir soba sinisinə   düzün, üstlərinə yumurta sarısı sürtün və  üzərinə  çörək otu səpin.
  • Əvvəlcədən sobanı  170 dərəcə qızdırın.
  • Əvvəlcədən qızdırdığınız sobada  üstləri qızarana qədər  25 dəqiqə  bişirin.
  • Sobadan aldıqdan sonra ilıq olaraq servis edin.

Nuş olsun!

So, what do you think ?