Buzluqda saxlaya biləcəyiniz: “Tavada ay börəyi”
Hər birinin damaqlarımızdakı yeri çox ayrı, hamısının ləzzəti bir -biriylə yarışacaq növdən. Amma aralarında bir ləzzət var ki,həm ekonomik, həm də tək porsiyonuyla doyurur. Bu yönləriylə digərlərindən fərqlənir. Fərqli adlarla bilinən , böyüklərimizin saclarda bişirdikləri ay börəkləri. Adını yarım ay şəklində olduğuna görə alır. Biz bu dəfə ev şəraitində sac istifadə etmədən ləzzətli bir börək hazırlayacağıq. Qarşınızda: Tavada ay börəyi .
Xəmirini hazırlamaq çox sadədir. Xüsusi ilə də iç xərcini istədiyiniz şəkildə hazırlaya bilərsiniz. Evdə hazırlanan ən pratik börəkdir. Yanına çay ya da bol köpüklü bir ayranla çay saatlarından qəhvəaltıya qədər hər öyünə çox yaraşır. Hətda yanına şorba və salatda hazırlasanız təmtəraqlı bir axşam yeməyi də olar.
20 ədəd
30 dəqiqəyə hazırlanır.
30 dəqiqədə bişir.
Tavada ay börəyi üçün lazım olan ərzaqlar:
Xəmiri üçün:
-
4 su stəkanı un
-
1,5 su stəkanı ılıq su
-
1 paket quru maya
-
1 çay qaşığı duz
İçi üçün:
-
1 ədəd soğan
-
1şirniyyat qaşığı tomat.
-
1 su stəkanı lor pendiri
-
1 çay qaşığı istiot,
-
1 çay qaşığı toz qırmızı bibər
Püf Nöqtəsi
Xəmiri hazırlayarkən unu az az əlavə etməyə çalışın. Ələ yapışmayan çox sərt olmayan bir xəmir hazırlayın. Börəklərinizin üzərinə bişdikdən sonra da yağ vura bilərsiniz. Bu şəkildə qurumalarını da əngəlləmiş olarsınız. Börəklər otaq temperaturunda olduğu zaman soyuducu torbasına yığıb dondurmaya yığa bilərsiniz.
Tavada ay börəyinin hazırlanma qaydası:
- İlıq su və mayanı bir qabın içərisində qarışdırın . Ardından az az un əlavə edərək yoğurmağa başlayın.Duzu da əlavə edib yoğurmağa davam edin. Ələ yapışmayan orta yumşaqlıqda bir xəmir əldə edin. Un və su miqdarını xəmirinizə görə artıra bilərsiniz.
- Ardından otaq temperaturunda 30-40 dəqiqə qədər, üzəri nəmli bir bezlə örtülmüş şəkildə mayalandırın.
- O sırada içini hazırlayın. Soğanı incə şəkildə doğrayın. Bir tavaya yığlb üzərinə zeytun yağı və tomatı əlavə edərək qovurun.
- Qovurduqdan sonra ocaqdan alın və üzərinə lor pendirini və ədviyyatları əlavə edərək qarışdırın. Bir tərəfdə dincə qoyun.
- Mayalanan xəmirdən orta böyüklükdə kündələr edin və azca unlanmış bir dəzgahın üzərində oxlavla açın.
- Açtığınız yuxanın yarısına hazırladığınız pendirli xərcdən 1,5 yemək qaşığı qoyub yayın.
- Yuxanın içliksiz hissəsini içlik olan hissənin üzərinə qatlayın. Kənarlarından artıq çıxıntıları bıçak yardımıyla alın. Düzəltdikdən sonra çəngəl və ya əlinizlə kənarlarını basdırın.
- Tavanızı yüksək atəşin üzərində qızdırın. Börəklərinizin hər iki üzünə də fırça yardımıyla yağ sürtün. Yaxşıca qızdırdığınız tavada börəklərinizi arxalı önlü bişirin.
- Bişən börəklərinizi isti-isti servis edin.
So, what do you think ?