Min Bir Dad

“Yeni il sürprizi”.

0

“Yeni il sürprizi”.

Yeni il sürprizi

“Yeni il sürprizi”  salatını hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 6 ədəd orta ölçüdə qaynadılmış kartof,
    5 ədəd bərk bişmiş yumurta,
    3 ədəd təzə xiyar,
    500 qram toyuq,
    konservləşdirilmiş noxud,
    150 qram sərt pendir,
    yarım stəkan nar dənəsi,
    bir ovuc qoz ləpəsi,
    75 qram quru ərik,
    duz,
    mayonez 67%,

 

“Yeni il sürprizi”salatının hazırlanma qaydası:

  • Salat  hazırlamaq  üçün ət bişirilməlidir.
  • Ət  yerinə  toyuq filesi də istifadə edə bilərsiniz.
  • Əti adi şəkildə bişirin.
  • Suya duz, dəfnə yarpağı və bir az  da noxud əlavə edin.
  • İstəsəniz  toyuğu  folqaya  büküb sobada da  bişirə bilərsiniz(Arzuya görə).
  • Əti soyudun və kiçik formada doğrayın.
  • Bişirdiyiniz kartof və yumurtanı  soyun.
  • Hər iki ərzağı ayrı -ayrı qablara doğrayıb yığın.
  • Təzə  xiyarları qdoğrayıb onu da bir qaba yığın  və üzərinə bir az duz əlavə edin.
  • Xiyarın şirəsini  çıxartmaq   üçün  duzda   5-10 dəqiqə saxlayın , sonra artıq suyunu  sıxın.
  • Qozları incə doğrayın.
  • Quru ərikləri zolaq  şəklində  kəsin.
  • İndi salatı hazırlamağa  başlaya bilərsiniz.
  • Düzbucaqlı bir görünüş vermək lazımdır .
  • Bunu  bir formanın köməyi ilə edə bilərsiniz.
  • Formaya strec film çəkin.
  • İlk öncə qızardılmış  və doğranmış  kartofları düzün.
  •  Bir spatula və ya qaşıq ilə düzəldin.
  •  Sonra mayonezi çəkin.
  • İkinci təbəqəyə doğranmış əti düzün.
  • Bir salat üçün toyuq filesi götürübsünüzsə əvvəlcə onu mayonezlə qarışdırın  ki ,çox quru olmasın.
  • Üçüncü qat isə doğranmış yumurtaları düzün.
  • Üzərindən  mayonezi yayın.
  • Aralarına doğranmış qoz  səpin.
  • Üzərindən uzunsov doğradığınız ərikləri düzün.
  • Bu dəfə mayonez çəkməyə də bilərsiniz.
  • Və nəhayət son qat  suyu sıxılmış doğranmış xiyarı yayın.
  • Mayonezdən bir qat yenə çəkin.
  • Bunları hazırladıqdan sonra strc filmi qatlayaraq hazırladığınız salatı rulon şəklində bükün.
  • Hazır rulonu soyuducuya qoyub 3 saat orada saxlayın(bir gecə də qala bilər).
  • Rulonu   3 saatdan sonra soyuducudan çıxardaraq hər tərəfini mayonezlə qapadın.
  • Bu işləm qurtardıqdan sonra salatın bəzək hissəsinə başlamaq lazımdır.
  •  Əvvəlcə nar toxumlarının zolaqlarını düzün.
  • Aralarındakı boşluğu yaşıl noxud və sərt pendirlə doldurun.
  •   “Yeni il sürprizi” adlı salatınız  bayram süfrəsində qonaqları təəccübləndirməyə hazırdır!
  • Bol -bol  iştaha və ən dadlı Yeni il gecəsi!

So, what do you think ?