Min Bir Dad

400 il tarixi olan Abdigör küftə

0

  400 il tarixi olan Abdigör küftə 

Türk mətbəxinə məxsus olan, 17-ci  yüz ilin  ikinci yarısından günümüzə qədər  gəlib çatan,  Doğubəyazıt mətbəxində  bişirilən “Abdigör küftəsi”nin  ən qədim və ən ləzzətli pəhriz  yeməyi olduğu deyilir.  

Bu pəhriz yeməyi aşpazlar  tərəfindən  nəsildən-nəslə ötrülərək bu günümüzə  qədər gəlib çatmışdır.

Bu yeməyi ənənəvi qaydada hazırlayaraq şəfa üçün xəstələrə vermişlər.

Abdigör küftəsini düyə, cavan inəyin  yağsız ayaq hissəsindən alınan ətdən hazırlayırlar.

İshak Paşa Sarayıını tikdirən  İshak Paşanın babası Çolaq Abdi Paşa üçün bişirilən” Abdigör küftəsi”   Şərqi Anadolunun ən qədim  pəhriz yeməyi  olaraq bilinir.

400 illik bir pəhriz yeməyi tərifi olan Abdigör küftəsinin   hazırlanma qaydasını  sizlərə ətraflı olaraq başa salmağa çalışacağıq.

400 il əvvəl  mədəsindəki rahatsızlıq səbəbindən  ət yeməklərini  yeyə bilməyən Doğubəyazıtin  Sancaq  bəyi Çolaq Abdi Paşa  üçün araşdırma aparan   aşpazlarının hazırladığı  Abdigör küftəsi günümüzə qədər gəlib çatdı.

Nəsildən-nəsilə  anladılan bu pəhriz  yeməyinin aşpazlar  arasında bilindiyini anladan Belli, ancaq bu diyet yeməyinin qeyd edilməsi  Kör Abdi Paşa sayəsində olmuşdur.

Maraqlıdır ki,   Doğubəyazidin çox yaxınlığında olan bölgələrdə  tanınmayan və hazırlanmayan  “Abdigör küftəsi “, Doğubəyazidin ənənəvi mətbəxinin özəl yeməyidir.

17 – ci yüz  ilin ikinci yarısından günümüzə  qədər Doğubəyazıt mətbəxində  bişirilən “Abdigör küftəsi “Anadolunun bilinən ən qədim  və  ləzzətli pəhriz yeməyidir.

400 il tarixi olan Abdigör  küftəsi üçün lazım olan ərzaqlar:

  • Bir kq dana əti,
    2 ədəd yumurta,
    1  ədəd  soğan,
    2 şorba qaşığı istiot,
    2 çay qaşığı qırmızı toz bibər,
    Sümük bilyonu,
    500 qram kərə yağı,
    1 kq düyü,
    duz

 400 il tarixi olan Abdigör küftəsinin hazırlanma qaydası:

  • Əti taxta toxmaqla mərmər üzərində 25 dəqiqə yaxşıca döyərək yağlarını təmizləyin.
  • Ətə 2 şirniyyat qaşığı duz əlavə edin  və 25 dəqiqə daha döyün.
  • Döymə işi bitdikdən sonra qiymə halında olan ətə incə doğranmış soğan, istiot, toz bibər, yumurta və un əlavə edib yoğurun.
  • Diğər tərəfdə qazanın yarısından su qoyun.
  • 2 şirniyyat qaşığı duz əlavə edin.
  • Qaynamağa yaxın suya sümük bulyonu(yaxud 1 paket toz bulyon) atın.
  • Küftəlik  malzəmədən qoz böyüklüyündə parçalar ayırn və yumruiayaraq suya atın.
  • Qazanın qapağını qapadıb  20-25 dəqiqə bişirin.
  • Küftələr bişdikdən sonra, suyunu süzün.
  • Qazana 150 qram  kərə yağı qoyun.
  • Yuyulmuş düyü , sümük bulyonu(yaxud da 1 paket bulyon), bir az su və 2 şirniyyat qaşığı duz əlavə edib bişməyə qoyun.
  • Düyü bişdikdən sonra süzüb   dəmlənməyə qoyun.
  • Dəmlənən plovu servis tabağına hovuz şəklində  yığın.
  • Küftələri  kərə yağında qovurun.
  • Servis tabağına yığdığınız düyünün üzərinə küftələri yığın.
  • Diğər tərəfə isə   daha əvvəlcədən  hazırlanıb, qabığı  soyulmuş və   doğranaraq  50 qram  kərə yağında sote edilmiş pomidor  sosunu əlavə edin.
  • İsti- isti servis edin.

So, what do you think ?