Min Bir Dad

Hurmisa

 Hurmisa

hurmisa

hurmisa

Çərkəz mətbəxinə məxsus bir şirniyyat növüdür.

Lazım olan ərzaqlar:

  • 1/2 çay stəkanı duru yağ,
    2 şorba qaşığı qatıq,
    1/2 çay stəkanı  ərimiş  marqarin,
    1 çay stəkanı incə çəkilmiş fındıq,
    1/2 paket qabartma tozu,
    1 ədəd  yumurta,
    1 şorba qaşığı alma sirkəsi,
    2,5 su stəkanı un,
    2,5 su stəkanı şəkər,
    2 su stəkanı  su,
    1/2 şirniyyat  qaşığı limon suyu
  • Hazırlanma qaydası:

  • İlk olaraq  sobanı  180 dərəcə qızdırın.   Soba listinə  bişirmə kağızı sərib bir kənarda saxlayın.
    Şərbəti üçün bir qazana  şəkər və suyu alıb qarışdıraraq qaynatmağa başlayın. Qaynadqdktan sonra içərisinə limon suyunu əlavə edib  5 dəqiqə  daha qaynadın. Ardından ocaqdan alıb soyuması üçün bir kənarda saxlayın. Bir qaba duru yağı, qatığı, marqarini, qabartma tozunu, sirkəni və yumurtanı alıb  yoğurmağa başlayın. Ardından içinə çəkilmiş fındıq, qabartma tozu və unu az- az  əlavə edərək  yoğurmağa davam edin. Ələ  yapışmayan bir  xəmir əldə edənə  qədər yoğurduqdan sonra  xəmirdən qoz   böyüklüyündə parçalar alın və küftə şəkli verərək soba listinə  düzün. Bütün xəmieləri bu şəkildə hazırladıqdan sonra orta hissəsinə  badam içi qoyub  basdırın. Əvvəlcədən qızdırılmış sobada  üstü qızarana qədər bişirin. Bişdikdən sonra sobadan alın və üzərinə soyumuş olan şərbəti tökün. Şirniyyat  soyuduqdan sonra servis edin.

So, what do you think ?