Min Bir Dad

Ərəb mətbəxinin məşhur sosu:”Harissa “.

0

Ərəb mətbəxinin məşhur sosu:”Harissa “.

harissa-sos

harissa  sos

1 böyük banka,

Hazırlanma müddəti: 35 dəqiqə

Bişmə müddəti: 20 dəqiqə

Harissa sos üçün lazım olan ərzaqlar:

  • 2 ədəd bibər(və ya şirin qırmızı bibər),
  • 5 ədəd qurudulmuş bibər,
  • 1 yemək qaşığı cirə  toxumu,
  • 5 ədəd döyülmüş sarımsaq,
  • 1/3 su stəkanı pomidor tomatı,
  • 1/3 su stəkanı bibər tomatı,
  • 1/2 su stəkanı zeytun yağı,
  • 2 çay qaşığı istiot,
  • 1 çay qaşığı  duz

Harissa sos necə hazırlanır?

  • Bibərləri yaxşıca  yuyun və 200 dərəcəyə yaxın qızdırılmış sobada yaxud da manqalda közləyin.
  • Közlənmiş bibərlərin toxum və sap  hissələrini  çıxardın.
  • Qabıqllarını soyun və kiçicik  parçalar halında doğrayın.
  • Qurudulmuş bibərləri bir kasanın içinə alın və isti  suda  10 dəqiqəyə yaxın  saxlayaraq  yumşalmalarını təmin edin.
  • Bibərləri  sudan çıxardın və kiçik  parçalar halında doğrayın.
  • Ədviyyatları bir tavanın içində qarışdıraraq qovurun.
  • İyi yayılmağa başladıqdan sonra ocaqdan alın.
  • Ədviyyatları mətbəx robotunda toz halına gələnə qədər üyüdün.
  • Üzərinə qurudulmuş bibərləri əlavə edib çəkin.
  • Bu qarışımın üzərinə közlənmiş bibər, pomidor,bibər tomatı və döyülmüş sarımsaqları da əlavə edərək yaxşıca qarışdırın.
  • Bu arada  zeytun yağının 1/4-ni  içərisinə   əlavə edin .
  • Ardından duz və zeytin yağının  qalan hissəsini    də əlavə edərək qarışdırın.
  • Bütün ərzaqları bir  bankanın içinə alın .
  • Sosunuzu ağzı qapalı bir bankanın  içində uzun zaman saxlaya bilərsiniz .
  • Sosunuz servisə hazırdır.
  • İstədiyiniz kimi servis edə bilərsiniz.

So, what do you think ?