Min Bir Dad

Naan

0

Naan

naan

Mətbəx elə bir ləzzətli yerdir  ki, orada dünyanın dörd bir yanından qonaq qarşılaya bilər, öz süfrənizə buyur edə bilərsiniz.
Hər bir qonağınız  fərqli ləzzətlərlə , fərqli təriflərlə qapınızdan içəri girə bilərlər.
Bu dəfə mətbəximizdə Hindistanı  qonaqlayacağıq.
Onların hər yeməyin yanında servis edilən, quru-quru belə yeyə biləcəyiniz çörəklə tanışacağıq.
Qarşınızda:Naan!

Bu çörək kartofla, sarımsaqla, fərqli ədviyyatlarla hazırlana bilir.

Yumşaq Naanın üzərinə kərə yağı da əlavə edərsək o zaman yeməyə doymaq olmaz.

8 ədəd,

10 dəqiqəyə hazırlanır

15 dəqiqəyə bişir.

 

Naan üçün lazım olan ərzaqlar:

  • 1 yemək qaşığı  quru maya,
  • 1şirniyyat qaşığı şəkər tozu,
  • 3/4 su stəkanı ilıq  su,
  • 3 su stəkanı  un,
  • 3 dolu  yemək qaşığı  qatıq,
  • 4 yemək qaşığı zeytun yağı,
  • 2 yemək qaşığı  əridilmiş   kərə yağı,
  • 1  şirniyyat   qaşığı  duz

Üzəri üçün:

  • 5 yemək qaşığı  əridilmiş kərə yağı,

 

Naan necə hazırlanır?

  • Maya, ilıq  su və şəkəri bir qabın içində qarışdırın və 10 dəqiqə üzəri qapalı bir yerdə dincə qoyun.
  • Geniş bir qaba unu alın ortasını açın.
  • Qatıq və yağları əlavə edin.
  • Ardından dinlənən mayanı və duzu əlavə edip yaxşıca yoğurun .
  • Üzərini qapadıb otaq   temperaturunda  1 saat mayalanmağa qoyun.
  • Ardından səkkiz  bərabər kündələrə  ayırın.
  • Oxlov yardımıyla azca  unlayaraq  orta qalınlıqda olacaq şəkildə açın.
  • Qızdırdığınız  tavada arxalı önlü göz göz olana qədər bişirin.
  • İsti ikən üzərinə   ərimiş  kərə yağı sürtün  və servis edin.
  • İstəsəniz  sarımsaqlı  kərə yağı   sürtərək də servis edə  bilərsiniz.

So, what do you think ?