Min Bir Dad

Pendirin xarab olmaması…

0

Pendirin xarab olmaması…

pendirin xarab olmaması...

pendirin xarab olmaması…

Hər pendirin saxlanma qaydası  fərqlidir.

Pendir mütləq +2/4 C-də, işıqsız mühitdə soyuducuda saxlanmalıdır.

Kalsium, protein, A, B, D, E vitaminləri baxımından zəngin qida qaynağı olan pendiri düzgün şərtlər altında saxlamaq vitamin və qida dəyəri baxımından çox önəmlidir.

1001 dad saytı bunları nəzərə alaraq pendiri necə saxlamaq metodunu  sizlərə təqdim edir.

Pendiri alan zaman ilk növbədə son qidalanma tarixinə diqqət etmək lazımdır.

Son qidalanma tarixi keçmiş heç bir qidanı yemək olmaz.

Əgər alacağınız pendirin qidalanma tarixi yaxın vaxtlardırsa, onu almaq fikrindən daşının.

Qablaşdırılmasına fikir verin.

Cızılmış, əzilmiş, korlanmış və ya deformasiyaya uğramış qablaşmadakı məhsulları almayın.

Pendirin rənginin dəyişib-dəyişməməsinə fikir verin.

Soyuducuda saxlayın:

  • Pendir tez bir zamanda yeyilməyəcəksə, öz qabında soyuducuda saxlanmalıdır.
  • Qabından çıxarıldıqdan sonra mütləq başqa qabda saxlanmalı və qablaşdırılma vasitələrinə bükülərək qorunmalıdır.
  • Əks təqdirdə pendir nəmini itirər, ətri və ləzzəti azalar.
  • Otaq temperaturunda, süfrədə, piştaxtada saxlanılan pendir qablaşdırılmış pendirin içərisinə qatılmamalıdır.
  • Başqa bir qapalı qabda duzlu su hazırlayaraq  saxlanmalıdır.

Ağ pendiri öz suyunda saxlayın:

  • Ağ pendir qablaşdırılması açıldıqdan sonra içməli suyun içinə duz qatılaraq hazırlanmış mayenin içərisində saxlanmalıdır.
  • Bu, pendirin uzun müddət qida dəyəri və ləzzətini itirməmək üçün ən yaxşı vasitədir.
  • Beləliklə, pendirin özünü daha yaxşı tutma müddəti də yaxşılaşacaqdır.
  • Pendir və pendir növləri oksigendən uzaq saxlanmalıdır.
  • Ağ pendiri doğrayan zaman bıçağı islatsanız, daha yaxşı dilimlənəcək.
  • Qızardılmış pendirlər yeyilməzdən əvvəl 15-20 dəqiqə suda saxlanılarsa, tərkibindəki duz sovrular və həqiqi dadı ortaya çıxar.
  • Ağ pendirdən başqa digər pendirlər yuyulmamalıdır.
  • Su ilə təmas pendirin ləzzət və qoxusunun itməsinə səbəb olar.
  • Pendir dondurucuda və otaq temperaturunda saxlanmamalıdır.
  • Holland pendiri isə dilimlərə bölünmədən saxlanmalıdır.
  • Ehtiyacınız olan qədər kəsdikdən sonra pendiri öz qabında mühafizə etməniz məsləhətdir.
  • Beləliklə, məhsul su itirmədən qurumayacaq və pendirin qalan hissəsi xarab olmayacaq.

So, what do you think ?