Min Bir Dad

2 rəngli qurabiyə

2 rəngli qurabiyə

2-rengli-qurabiye-

2-rəngli-qurabiyə-

 

Lazım olan ərzaqlar:

  • Kərə yağ: 250 qram
  • Yumurta: 3 ədəd
  • Kenton şəkər kirşanı: 1 stəkan
  • Kenton şəkərli vanil: 1 paket
  • Kenton qabartma tozu: 1 paket
  • Kenton kakao 2-3 qaşıq
  • Un

2 rəngli qurabiyə hazırlanma qaydası:

  • Kakaodan başqa bütün məhsullar bir qaba alınır və qurabiyənin xəmiri yoğrulur.
  • Bu zaman unu yavaş-yavaş əlavə etmək lazımdır.
  • Xəmir hazır olduqdan sonra iki bərabər hissəyə böünür.
  • Xəmirin yarısına 2-3 qaşıq Kenton kakao əlavə edilir və yenidən yoğrulur.

Beləcə iki ədəd xəmirimiz olur:

1 ədəd kakaolu, 1 ədəd sadə.

  • Hər iki xəmir parçası da yayılır.
  • Yayılan xəmirlər üst-üstə qoyulur.
  • Rulon halında bükülür.
  • Streç film vasitəsi ilə sarılır.
  • Xəmir 1,5-2 saat soyuducuda gözlədilir.
  • Soyuducudan çıxardılan xəmir doğranır, bişirmə qabına düzülür.
  • Bu zaman yaxın-yaxın düzməmək məsləhətdir.
  • Soba əvvəlcədən 200 dərəcəyə isidilir.
  • İsti sobada 2 rəngli qurabiyələr bişirilir.

Nuş  olsun!

So, what do you think ?