Min Bir Dad

3 bacı (bibər, badımcan, pomidor) dolması

0

3 bacı (bibər, badımcan, pomidor) dolması

3 bacı (bibər, badımcan, pomidor) dolması resepti

Lazım olan ərzaqlar:

İçlik üçün:

  • Ammerlander kərə yağı
  • Qiymə
  • Şüyüd: 0,5 dəstə
  • Keşniş: 0,5 dəstə
  • Reyhan: 0,5 dəstə
  • Duz
  • Pomidorun iç hissəsi: 2 əd

Dolma üçün:

  • Bibər: 2 əd
  • Badımcan: 2 əd
  • Pomidor: 2 ədəd

Hazırlanma qaydası.

3 bacı dolmasının içliyini hazırlamaq üçün qiymə biraz qovrulur. İçərisinə düğranmış şüyüd, cəfəri və reyhan əlavə edilir. Ammerlander kərə yağı və duz vurulur. Pomidorların içərisi çıxardılır və iç hissəsi də qiyməyə əlavə edilir və bişirilir.

Dolma bişiriləcək bibərlərin içərisi təmizlənir. Baş hissəsi qapaq kimi kəsilir.

Pomidorların baş hissəsi qapaq kimi səsilir, iç hissəsi təmizlənir.

Bibərlərin baş hissəsi kəsilir. İçliyi təmizlənir.

Bişən göyərtili qiymə bibərin, pomidorun və bibərin içərisinə doldurulur. Bibər və pomidorun “qapaq” hissəsi bağlanır.

Bir qaba səliqə ilə düzülür. Qab aluminium folqa ilə örtülür.

İsidilmiş sobada bişirilir.

İsti halda süfrəyə verilir.

Nuş olsun.

 

Bənzər Dolma Reseptləri

So, what do you think ?