fbpx

Min Bir Dad

Humus

0

humus_de_la_fina_i_langelLazım olanlar:

  • 2 stəkan noxud,
  • 1 stəkan tahin,
  • Yarım stəkan zeytun yağı,
  • 2 limon,
  • 3 çay qaşığı cirə,
  • Yetərincə duz,
  • Bir az cəfəri

Hazırlanma qaydası:

  • Bir gün əvvəldən təmizlənmiş noxudları duzlu suda isladın.
  • Ertəsi gün noxutlar bol suda yaxşıca bişirilir.
  • Suyu süzülür.
  • Qabıqları soyulur.
  • Əzmə maşınından keçirdilir.
  • Elə bir maşın  yoxdursa taxta qaşıqla əzin.
  • Ayrı bir qabda tahin, limon suyu, cirə, qırmızı bibər və duz bir-birinə qatılaraq qarışdırılır.
  • Əzilmiş noxudlarla tahinli ərzaqları qarışdırın.
  • Çox qurudursa bir az su əlavə edin.
  • Bütün ərzaqların üzərinə zeytun yağı töküb qarışdırın.
  • Servis qabına alaraq  yayın.
  • Servis edən zaman üzərini doğranmış cəfəri, yaşıl zeytun, dilimlərə ayrılmış pomidorlarla bəzəyə bilərsiniz.

 

So, what do you think ?