Min Bir Dad

Trəliçə

0

Trəliçə

tirəliçə

tirəliçə

 

Trəliçə

Hazırlanma sürəsi:60 dk.

6-8 kişilik

“Balkan şirniyyatı  olaraq tanınan  bu şrniyyatı  çox  sevəcəksiniz! ”

Trəliçə tərifimi axtarırsınız?

Ən ləzzətli Tirəliçə tərifini sizlərə təqdim edirik! Şirniyyat tərifləri arasında ən çox sevilərək istifadə olunan  Trəliçəni hazırlamanızı və sevdiklərinizlə birlikdə nuş etməyinizi arzulayıram!

Trəliçə şirniyyatı üçün lazım olan ərzaqlar:

Pandispanyası  üçün:

  1. 4 ədəd otaq temperaturunda yumurta,
  2. 1  stəkan  şəkər tozu,
  3. 1 stəkan un,
  4. 1 paket qabartma tozu,
  5. 1 paket vanilin,
  6. 1 çimdik  duz.

Şərbəti üçün:

  1. 3 stəkan  süd,
  2. 1 paket krema,
  3. 5 yemək qaşığı  şəkər tozu,

Karamel sosu üçün:

  1. 1 paket krema
  2. 5 yemək qaşığı  şəkər  tozu.
  3. 1 yemək q aşığı kərə yağı,

Trəliçə şirniyyatının hazırlanma qaydası:

  1. Əvvəlcə  tirəliçənin kremasını hazırlayın.
  2. Bunun üçün şəkəri bir qazana alın və vam odda rəngi  qəhvəyi rəng olana qədər gözlədin.
  3. Krema və kərə yağını da əlavə edin və qatılaşan şəkərin qaynayaraq əriməsini gözləyin.
  4. Qatılaşan kimi ocaqdan alın və soyumağa buraxın.
  5. Pandispanyası için yumurtanın sarı və ağlarını ayrı -ayrı qablara yığın.
  6. Yumurtanın ağına bir çimdik duz əlavə edin və  köpüklənib ağarana qədər mikser ilə 5 dəqiqəyə qədər çırpın.
  7. Yumurtanın sarısına isə şəkər əlavə edərək yenə 5 dəqiqəyə yaxın, yəni,  şəkər əriyənə qədər çırpın.
  8. Unu, qabartma tozu və  vanilini ələkdən keçirdərək  yumurta sarılarına əlavə edin.
  9. Mİkser istifadə etmədən bir   qaşıq yardımı ilə  yaxşı-yaxşı  qarışdırın
  10. Krema halina  gəlmiş yumurta ağını xəmirə  əlavə   edin və yenə  spatula ilə qarışdırıb xəmirə  əlavə edərək möhkəm qarışdırın.
  11. Bu işləmi altdan üsttə hərəkətlər edtdirərək yerinə yetirin ki, havası tamamən çıxmasın.
  12. Hazır xəmiri fırın sinisinə tökün.
  13. Həmin sinini soyuq fırına qoyun və fırının temperaturunu 175 dərəcəyə ayarlayın.
  14. 30 dəqiqəyə yaxın fırının qapağını açmadan bişirin.
  15. Keks bişdiyi müddətdə isə şərbətini hazırlayın.
  16. Bunun üçün kiçik bir qazana  südü, şəkər tozunu, kremi alın.
  17. Qaynatmadan qızdırın və  ocaqdan alın.
  18. Qarışdıraraq həm şəkərin əriməsinə, həm də soyumasına çalışın.
  19. Hazır pandispaniyanı ocaqdan alın və 5 dəqiqəyə yaxın gözləyin.
  20. Üzərini  kürdanla deşin  və ilınmış  şərbəti  tirəliçənin  üzərinə tökün.
  21. Bu vəziyyətdə 1 saata yaxın  tirəliçəni  gözləyin.
  22. Soyuyandan sonra karamelini tökün və  hazır tirəliçəni  soyuducuya qoyun.
  23. 3-4 saata yaxın daha gözləyin.
  24. Arzuya görə krem şanti ilə də bəzəyə bilərsiniz.
  25.   Tirəliçəni  dilimləyərək servis edin.

Nuş olsun!

So, what do you think ?