sayfa içeriği

Min Bir Dad

Darçın və fındıqlı çörək

Darçın və fındıqlı çörək 

Darçınlı və fındıqlı çörək

Darçınlı və fındıqlı çörək

Darçın və fındıqlı çörək 

35 dəqiqəyə hazırlanır.

 4-5  nəfərlik

 “Möhtəşəm darçın ətri qədər dadı da gözəl olan bu çörəklə özünüzü mükafatlandırın!”

Ən ləzzətli yeməklər arasında özünəməxsus yeri olan Darçınlı və fındıqlı çörək tərifini sizlərə təqdim   edirəm!

Xəmir işləri tərifləri arasında ən çox  sevilən yemək təriflərindən biri olan Darçın və fındıqlı çörək tərifini böyük bir keyiflə hazırlamanızı və sevdiklərinizlə birlikdə nuş etməyiniz  arzusulayıram!

Darçınlı və fındıqlı çörək

Darçınlı və fındıqlı çörək üçün lazım olan ərzaqlar:

  1. 100 q otaq temperaturunda kərə yağı,
  2. ½  stəkan ilıq  süd,
  3. 2 yemək qaşığı  şəkər tozu,
  4. 2 ədəd yumurta,
  5. 1 paket  maya,
  6. 3  stəkan  un,

İç xərci üçün:

  1. 1 stəkan şəkər,
  2. 1 yemək q aşığı silmə darçın,
  3. 1 stəkan iri çəkilmiş  fındıq  və  ya qoz,

Üzəri üçün:

  1. 1 yumurta sarısı,
  2. 1 çay qaşığı maye yağ,

Darçın və fındıqlı çörəyin   hazırlanma qaydası:

  1. Yoğurma qabına unu alın və üzərinə  mayanı səpib  qarışdırın.
  2. Unun ortasını hovuz şəklində açın.Ortasına  kərə yağı, yumurtaları və şəkəri  qoyun.
  3. Ortadan başlayaraq yanlardan unu içəri alaraq yumşaq  bir xəmir yoğurun (lazım olarsa  çox  az un əlavə edin).
  4. Xəmirin üzərinə strec film çəkin və normal bir temperaturda mayalanmağını gözləyin. Xəmirin iki qatına çatanda srteç fimi açın .
  5. Mayalanmış xəmiri düzbucaqlı şəklində un səpilmiş dəzgahın üzərində yarım santimetr qalınlığında yayın.
  6. Bir kasada isə şəkər tozunu və darçını qarışdırın.
  7. Xəmirin hər bir tərəfinə darçınlı şəkəri  səpin.
  8. Üzərinə fındığı səpin.
  9. Bunlar tamamlandıqdan sonra xəmirin uc hissəsindən başlayaraq  rulon şəklində bükün.
  10. Bükdüyünüz xəmiri üçbucaq şəklində dilimləyin.
  11. Hər bir üçbucaq şəklində kəsilmiş  dilimin tam ortasına çöp şiş batıraraq iz buraxın.
  12. Yağlı kağız  sərilmiş fırın sinisinə  aralıqlarla düzün.
  13. Üzərinə  duru  yağ ilə çırpılmış yumurta sarısını sürtüb , toz şəkər səpin.
  14. 10-15 dəqiqə  fırın sinisində bir daha mayalandırın.
  15. Əvvəlcədən  180 dərəcə qızdırılmış  fırında üzərləri qızarıncaya qədər bişirin.
  16. İsti və ya soyuq halda servis edə bilərsiniz.

Nuş olsun!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *