sayfa içeriği

Min Bir Dad

Mineral su şüşəsində meyvə suyunu necə hazırlamaq olar?

0

Mineral su   şüşəsində meyvə suyunu necə hazırlamaq olar?

 

mineralnı su şüşələrində meyvə suyu

mineralnı su şüşələrində meyvə suyu

Mineral su   şüşəsində meyvə suyunu necə hazırlamaq olar?

45 dəqiqəyə hazırlanır.

4-6 nəfərlik

Mineral su şüşəsində meyvə suyunu hazırlayaraq yaxınlarınızla birlikdə nuş etməyinizi arzulayıram!

Mineral su şüşəsində meyvə suyunu  hazırlamaq üçün lazım olan ərzaqlar:

  1. 2 kq yetişmiş gavalı,
  2. 3 litrə su,
  3. 2 su stəkanı  şəkər,

Mineral su şüşəsində meyvə suyunu  hazırlamaq qaydası:

  1. Gavalını təmizləyin və təmiz yuyun.
  2. Yuduğunuz gavalını aşsüzənə yığın suyu süzülsün.
  3. Suyu süzülən gavalıları bıçağın köməyi ilə ikiyə bölün  və çəyirdəklərini çıxardın.
  4. Konserva hazırladığınız böyük ölçülü şüşə bankalar ilə 3 litrə su qoyun və gavalını bişməyə qoyun.
  5. Gavalı bişdikdən sonra ocağı söndürün.
  6. Blenderin yardımı ilə bişirdiyiniz gavalını əzərək püre halına salın.
  7. Pürenin qatılığını və şirnisini öz zövqünüzə görə ayarlaya bilərsiniz.
  8. Şəkəri əlavə edib yenidən ocağa qaynamağa qoyun.
  9. Qaynamağa başladıqdan sonra 15-20 dəqiqə yetərli olar ocağın altını söndürün və soyumağa qoyun.
  10. Şüşələri təmiz təmiz yuyun.
  11. Qabyuyan maşnada tamamən quruduqdan sonra hazırladığınız gavalı pürəsini şüşələrə doldurun.
  12. Şüşələrin ağzını möhkəm bağlayın ki. hava işləməsin.
  13. Yenidən qabyuyanda ən uzun və ən isti temperaturda yuyun.
  14. Sərin və günəş almayan bir yerə qaldırın.

Not:

  1. Meyvə suyu hazırlamaq üçün bir az yetişmiş meyvələri tərcih etməyiniz lazımdır.
  2. Hazırlayıb süşələrə  doldurun  və  isti havalarda sərin-sərin içməyiniz üçün bu yazını yazdım.
  3. Bunu bütün mövsüm meyvələri ilə hazırlaya bilərsiniz.
  4. İlla  da ki,   şüşələrə  doldurmaq   məcburiyyətində deyilsiniz.  Hazırlayıb soyuducuya  qoyaraq, bir iki gün içərisində istifadə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *