fbpx

Min Bir Dad

Acı sos

0

kahvaltilik-aci-sos 3

Ərzaqlar:

  • 2 kq . pomidor,
  • Yarım kq  acı bibər,
  • 4 iri diş sarımsaq, (Miqdarı artırmayın, gözlədikcə dadı ağırlaşa bilər ),
  •  1 çay stəkanı zeytun yağı,
  • 1 yemək qaşığı dolusu duz,
  • 1 yemək qaşığı şəkər,

Acı sos necə hazırlanır?

  • Acı bibərlərin saplarını çıxardıb  robotdan keçirin. (Çəkirdəkləri  çıxmayacaq)
  • 1 çay stəkanı zeytun yağını qazana alın. Çəkilmiş acı bibərləri içinə əlavə edin.
  • Azca yumuşalana qədər bibərləri bişirin.(qızartmayın)
  • Pomidorları və sarımsaqları robotda çəkin və bibərlərə əlavə edin.
  • Duz və şəkəri də qatıb qarıştırın.
  • Pomidorlar suyunu çəkənə qədər ara -sıra qarışdıraraq  bişirin.
  • Qaynamaya davam edərkən kiçik boy bankalara doldurub ağzını bərk bağlayın.
  • Bankaları düz bir yerdə tərs çevirin.
  • Üzərini bir dəsmal ilə örtün.
  •  Soyuyana qədər o şəkildə gözləyin.

Not

  •  Bu sosu mümkün olduğu qədər kiçik bankalara qoyun.
  •  Açıldıqdan sonra, ən geç 3-4 gün içində istifadə edilməlidir.
  • Əğər çəyirdəklərinin görüntüsü sizi rahatsız edrsə, sos bişdikdən sonra bir süzgəçdən keçirdərək çəkirdəklərini ayıra bilərsiniz.
  • Süzgəcdən keçirdiktən sonra yenidən qaynamağa qoyun.
  • Qaynar halda bankalara doldurun.
  • Bu sosu; makaron  sosu olaraq, pizza yeüməyi üçün ketçub kimi istifadə edə bilərsiniz.
  • Hətda çörək üzərinə  də yaxıb yeyə bilərsiniz

So, what do you think ?