Min Bir Dad

Açma puaça

 Açma puaça

Açma puaça

Açma puaça

 ləzzətli bir puaça tərifi ilə mətbəxlərinizə qonaq olmağa çalışdıq.
Sizlərə çay süfrələrinizdə, yolçuluğa çıxdığınız vaxtlarda bu ləzzətli puaçaları sizlərə tövsiyyə edərdik.
Açma puaça  üçün bir porsiya hazırlayıb içərisinə  qoyacağınız pendir, şüyüd və ya cəfəri  kimi tərəvəzlərlə puaçanızı daha da ləzzərləndirə bilərsiniz.

Ayrıca açma puaçanı hazırlayarkən  uzun zaman xəmiri yoğurub  yorulmazsınız. 

Puaça xəmirini hazırlayıb açmaya oval şəkli verin.

 Bişirdikdən sonra çayı dəmləyib, isti puaçalarınızı   sevdikləriniz ilə paylaşa  bilirsiniz.

Açma puaçalar üçün sizi mətbəxə , una bulanmaya dəvət edirik.

 Neçə nəfərlik:

6 nəfərlik,

Hazırlamna zamanı:

20 dəqiqə,

Bişirmə zamanı:

30 dəqiqə

 

Lazım olan ərzaqlar:

  • 3 şorba qaşığı  şəkər,
  • 1 su stəkanı duru  yağ,
  • 3 su stəkanı ilıq  süd,
  • 2 yumurta,
  • 1,5 şirniyyat qaşığı duz,
  • 1 paket  maya,
  • 8 su stəkanı un,
  • 1 çay qaşığı  çörək otu

Hazırlanma qaydası:

  •  Fırını əvvəlcədən   200 dərəcə qədər qızdırın.
  • İsitmiş olduğunuz fırın sinisinə yağlı kağız sərib  bir kənara alın.
  • Bütün ərzaqlar otaq temperaturunda olmalıdır.
  • Dərin bir qaba ilıq süd və şəkəri alıb qarışdırın.
  • Ardından mayanı əlavə edib qarışdırın.
  •   Mayanın qabarması üçün bir az gözləyin.
  • Mayalı qarışıma duru yağı, yumurtaları (1 dənəsinin  sarısını üzərilərinə sürtmək   üçün ayırın.) və duzu əlavə edərək qarışdırın.
  • Unu isə  az-az əlavə edərək  yoğurmaya başlayın ortalama 8 stəkan qədər  un alır.
  • Yoğurduğunuz xəmir əlinizə yapışacaq halda   qulaq məməsi bərkliyində bir xəmir olacaqdır.
  • Hazırladığınız xəmirin üzərini bir bezlə örtərək mayalanmasını gözləyin.
  • 45 dəqiqəyə yaxın mayalandıqdan sonra   xəmiri   qozdan iri kündələr halında  parçalara ayırın.
  • Dəzgahınıza  bir az un sərpərək, əlinizlə  çay   nəlbəkisi böyüklüyündə   xəmiri açın.
  • Rulon  şəklində sarıyıb , sağını və solunu bükərək aypara şəklinə salın.
  • Yağlı kağız   sərilmiş    fırın sinisinə aralıqlarla düzün.
  • Üzəri  üçün  ayırdığınız yumurtanı sürtərək və çörək otu   və ya küncüt  səpərək , əvvəlcədən   180 dərəcə qızdırılmış  fırında   25  -30 dəqiqə bişirin.
  • Üzəri qızarandan sonra fırından çıxardın.
  • Bişirdikdən sonra qəhvəaltı sofralarınızda isti halda servis edə biləırsiniz.

Nuş olsun!

 

So, what do you think ?