Min Bir Dad

Açmalı qiyməli börək

el boreyiAçmalı qiyməli börək üçün lazım olan ərzaqlar:

  • 1 yumurta,
  • 1 stəkan  süd,
  • Yarım çay stəkanı maye  yağ,
  • 1 çay  qaşığı duz,
  • Ala  bildiyi  qədər un,

 Arasına sürtmək üçün:

  • Əridilmiş  kərə yağı (yetəri qədər),

Açmalı qiyməli börəyin hazırlanma qaydası:

  •  Verilən ərzaqlardan yumşaq  bir xəmir yoğurun.
  • Xəmiri mandalin  böyüklükdə kündələrə ayırın.
  • Hazırladığınız  xəmirdən  15 kündə çıxacaqdır.
  • Kündəni tabaq böyüklüyündə açın.
  • Üzərinə əridilmiş kərə yağını bol-boi sürtün.
  • Diğər açdığımız kündəni üzərinə qoyun.
  • Bu şəkildə 3 qat olacaq.
  • Üst kündənin  üzərini yağlamayın  ki, rahat aça  biləsiniz.
  • Yəni açmaq  üçün  3 qatlı olan 5 kündəniz   olacaqdır.
  • Kündələrinizi bu şəkildə hazırlayıb açmaq üçün  gözləməyə qoyun.
  • Bu arada iç xərcini hazırlayın.
  •  Qiyməni ocağa qoyun və suyunu çəkənə qədər bişirin.
  • Bir az yağ əlavə edin  və yeməklik doğradığınız soğan, bibər və pomidor əlavə edərək  möhkəm qovurun. Bişdikdən sonra duzunu ,ədviyyatını və cəfərini əlavə edin.
  • Kündələri unlayaraq aça bildiyiniz qədər böyük açın.
  • Kənarlardan 4yerə qatlayın.
  • Böyük bir yayılmış xəmiriniz olacaqdır.
  • Həmin xəmiri də 4 yerə kəsin.
  • 1 yuxadan  4 börəyimiz olur.
  •  Kəsdikdən sonra iç xərcini qoyun və  sigara börəyi kimi çox sıx  olmadan bükün.
  • Azca  yağlanmış fırın sinisinə  alın.
  • Bütün yuxalara iç xərci qoyaraq bükün.
  • 5 kündədən    20 börəyiniz olacaq.
  • Fırınıa qoymadan əvvəl  börəklərinizin üzünü fırça yardımıyla yağlayın.
  • Əvvəlcədən 200 dərəcədə qızdırılmış   fırında bişməyə  qoyun.
  • Tamamən üzərləri qızarınca  fırından alın.
  • İsti halda servis etsəniz daha yaxşı olar.

So, what do you think ?