Min Bir Dad

Ağlayan keks

aglayan-pasta

Ərzaqlar:

  • 4 ədəd yumurta,
  • 3 qəhvə fincanı şəkər,
  • 3 qəhvə fincanı un,
  • 1,5 yemək qaşığı kakao,
  • 2 yemək qaşığı süd,
  • 1 paket qabartma tozu,

Üzərinə :

  • Tökmək üçün 1 çay fincanı süd.

Kremi üçün:

  • 1 paket krem şanti

Sosu üçün :

  • 1 çay fincanı süd,
  • 1 yemək qaşığı un,
  • 1 çay fincanı su,
  • 1 yemək qaşığı kakao.

Hazırlama qaydası:

  • Qarışdırma qabına, şəkəri alın.
  •  Üzərinə yumurtaları qırın və  köpükənənə qədər çırpın.
  • Daha sonra, südü, kakaonu da  əlavə edərək çırpmağa davam edin.
  • Geniş bir qabda, un və qabartma tozunu da  qarışdırma qabına alaraq  çırpmaya davam edin.
  • Azca yağlanmış siniyə qarışığı tökün.
  • 175 dərəcə  istidə , yarım saat bişirin.
  •  Keks  bişincə,siniyə çıxardın.
  •  Üzərinə 1 çay fincanı  süd  gəzdirib   keksi soyumağa qoyun.
  • Bu  arada sosunu hazırlayın.
  •  Bunun  üçün südü, qazana tökün.
  •  Üzərinə unu, suyu və kakaonu töküb qarışdıraraq bişirin.
  •  Krem şantiyi süd ilə çırpın və  keksin üzərinə yayın.
  •  Soyuyan sosu da keksin üzərinə yayın.
  • Soyuducuda bir az saxlayın.
  •  Daha sonra dilimləyərək servis edə bilərsiniz.

So, what do you think ?