Min Bir Dad

Alabalıq kababı

izqara alabalıq

Alabalıq kababı

Alabalıq kababı

Lazım olanlar:

  • Alabalıq: 4 ədəd,
  • Limon: 1 ədəd,
  • Maye yağ: 1 qəhvə fincanı,
  • İstiot,
  • Duz,
  • 4 ədəd alabalıq,
  • 2 diş sarımsaq,
  • 1 ədəd limon,
  • 2 çay qaşığı kəkotu,
  • 1 kofe fincanı maye yağ,
  • Duz,
  • İstiot,

 

Alabalıq kababı hazırlanma qaydası:

  • Alabalıq kababı hazırlamaq üçün əvvvlcə alabalıqların içalatını və üzərinin pulcuqlarını  və bol su ilə təmiz yuyun. Təmizlənib yuyulan alabalıqlar əvvəlcə bir süzgəcə qoyulur və suy süzülür.
  • Suyu süzülən alabalıqları daha sonra artıq sulardan da qurtarmaq üçün kağız dəsmalla qurulayın.
  • Dərin bir qa bgötürün.
  • Bu dərin qabda yağı, limon suyunu, kəkotunu, istiotu, duzu qarışdırın.
  • Sarımsaqların qabıqlarını təmizləyin və həvəngdəstə vasitəsi ilə əzin.
  • Bu əzilmiş sarımsaqları da yağ, limon suyu, kəkotu və istiot qarışığına əlavə edin və möhkəmcə qarışdırın.
  • Balıq kababı üçün sos hazırdır.
  • Suyu kağız dəsmalla qurudulan alabalıqları bu sos olan qaba, sosun içərisinə qoyun.
  • Bu sosu suyu qurudulmuş alabalıqların yaxşıca bulaşdırın və yedirdin.
  • Sonra bu soslu balıqları soyuducuya qoyun.
  • Soyuducunun içərisində də balıqları arada çevirin ki, sosu canına yaxşı çəksin.
  • Balıqları sosun içərisində soyuducuda ən az 1 saat gözlədin.
  • Soyuducuda sosun içərisində gözlədilən balıqları daha sonra rahatlıqla bişirmək olar.
  • Bunun üçün müxtəlif bişirmə vasitələrindən istifadə etmək mümkündür.
  • Məsələn: duxovkanın izqara hissəsi, tökmə qalın metal tava, elektrikli izqara (barbekue)  və ya qızğın,  alovsuz manqal.
  • Balığın hər tərəfi yaxşı bişməsi üçün bir üzü tam bişdikdən sonra digər üzünü də çevirin.
  • Bişmə əsnasında balığın hər iki tərəfini də  arada fırça vasitəsi ilə yüngülvari  yağlayın.
  • Alabalıq kababı bişib hazır olduqdan sonra, servis qabına alın.
  • Kababı salat və yaxud göyərti ilə bəzəyərək süfrəyə verin.

So, what do you think ?