Min Bir Dad

Alaca şorba (Türk üsulu hədik)

Alaca şorba (Türk üsulu hədik)

alaça(hədik) şorbası

alaça(hədik) şorbası

 6 nəfərlik.

Hazırlama sürəsi 15 dq.

Bişirmə sürəsi 40 dq .

Alaca şorba (Türk üsulu hədik)  üçün lazım olan ərzaqlar:


  • Bir su stəkanı buğda(aşurəlik bulğur),
    1 su stəkanı  noxut ,
    Yarım su stəkanı  yaşıl mərcimək ,
    1 ədəd orta boy soğan ,
    3 litrə su,
    1 yemək qaşığı bibər və pomidor tomatı,
    1 yemək qaşığı   kərə yağı ,
    1 irniyyat  qaşığı quru tərxun ,
    2 çay qaşığı duz ,
    1 çay  qaşığı istiot,

Sosu  üçün: 

  • 1 yemək qaşığı tərxun ,
    yarım çay stəkanı  zeytun  yağı,

Alaca şorbasının  (Türk üsulu hədik) hazırlanma qaydası:


  • Buğdanı (bulğuru)bir  gecə əvvəlcədən  isti  su ilə  isladın və sabaha qədər yumuşalması üçün gözlədin.
  • Orta boy bir qazana  suyunu süzün.
  • Yuyub islatdığınız  buğdaları və 3 litrə suyu qazana  alaraq orta atəşdə  qaynatmağa başlayın.
  • Soğanı kiçik -kiçik yeməklik doğrayın.
  • Buğdaylar yumşalmağa başlayınca əvvəlcədən bişirdiyiniz  noxudu, soğanı və mərciməkləri əlavə edib  orta atəşdə  bişirməyə  davam edin.
  • Kərə yağı, tomat  və tərxunu kiçik bir tavaya alıb  3 dəqiqə orta atəşdə  qovurun.
  • Qovurduğunuz tomatı  şorbaya əlavə edərək qarışdırın və 5 dəqiqə  daha vam odda qaynadın.
  • Şorba qaynayarkən zeytun  yağı və tərxunu kiçik bir tavada qızdırın.
  • Şorbanı servis kasalarına  alın və üzərinə ədviyyatlı  yağ gəzdirərək servis edin.

    Tövsiyyə:


    İçərisində buğday və bolca paxlavalı qida  olduğu üçün bişirərkən içinə suəlavə  etməyiniz gərəıkə  bilər.

    Ocaqda isti   su saxlasanız işiniz daha da yüngülləşmiş olar.

    Həm də çalışmaq lazımdır ki, yeməyə isti su istifadə edəsiniz.

     

Nuş olsun!

So, what do you think ?