Min Bir Dad

Albalı mürəbbəsi

 Albalı mürəbbəsi

albalı mürəbbəsi

albalı mürəbbəsi

Uzun uzadıya sürən keyifli qəhvəaltıların rəngləridir mürəbbələr.hələ bir də mövsümündə toplanmış meyvələrdən ola.

Yeməyə doymadığınız albalını  tam zamanında  toplayıb onların ləzzətini bütün qışa daşımağa nə deyirsiniz?

Bunları nəzərə alan 1001 dad yemək saytı sizlər üçün “Albalı  mürəbbəsi”hazırlama qaydasını təqdim edir.

 iki banka,

hazırlanma surəsi :8 saat,

Bişirmə sürəsi:  25 dəqiqə,

Albalı mürəbbəsi üçün lazım olan ərzaqlar:

  • 1,5 kq albalı (çəyirdəkləri çıxarılmış),
  • 1 kq  şəkər tozu,
  • 1 ədəd limonun suyu,
  • 1 çay q aşığı  kərə yağı,
  • Darçın çubuğu

Not:

  • Kərə yağı əlavə etmək daha sağlam, dayanıqlı mürəbbələr əldə etmənizə  yardımçı olacaqdır. 
  • Həm də  mürəbbə qaynayarkən üzərinə yığılan köpüklərin artmasının da qarşısını alacaqdır.

 Albalı mürəbbəsinin hazırlanma qaydası:

  • Albalını təmiz yuyun   və suyunu qurudun.
  • Yuduqdan sonra   saplaqlarını ayırtlayın və çəyirdəklərini   çıxardın.
  • Quruladığınız albalını qazana yığın və şəkər tozunu əlavə edib bir gecə saxlayın.
  • Suynu salan və şəkərdə bərkiyən albalını vam odda yavaş-yavaş qaynatmağa başlayın.
  • Aradabir qarışdıra-qarışdıra gigiyenik qaydada bişirin.
  • Qaynamağa başlayınca qarışdırmağı dayandırın.
  • Bu aşamada kərə yağını əlavə edə bilərsiniz.
  • İstəsəniz içərisinə  aroma  üçün  darçın çubuğu da atarsınız.
  • Bu sizinistəyinizə bağlıdır.
  • Bundan sonra isə limon suyunu əlavə edib daha 2-3 dəqiqə qaynadın  və altını qapadın.
  • İsti-isti bankalara yığın  və qapağını bağlayıb   tərs çevirin.
  • Ertəsi gün günəş görməyən bir yerdə mühafizə edin.

Nuş olsun!

 

 

 

So, what do you think ?