Min Bir Dad

Alma piroqu

0
alma piroqu

Alma piroqu

Alma piroqu

Ləzzətli  alma piroqu hazırlamaq son dərəcə asantdır. Asanlıqla hazırlayacağınız bu piroq həm süfrələrinizi bəzəyəcək, həm də hamı çox bəyənəcək.

Lazım olan ərzaqlar:

  • Un: 2,5 stəkan
  • Kərə yağı və ya marqarin: 150 qram
  • Qatıq: 3 yemək qaşığı
  • Yumurta: 1 ədəd
  • Qabartma tozu: 1 paket
  • Vanil

İçlik üçün: 

  • Alma: 4 – 5 ədəd (almanın ölçüsündən asılı olaraq)
  • Darçın: 1 kiçik qaşıq
  • Qoz ləpəsi
  • Şəkər tozu: 4 qaşıq

Üzəri üçün:

  • Şəkər kirşanı

Alma piroqunun   hazırlanma qaydası:

 Xəmirin  hazırlanması

  • Alma Piroqu hazırlamaq üçün əvvəlcə kərə yağını otaq temperaturuna isidin.
  • Bundan sonra yumşalmış kərə yağına qatığı əlavə edin.
  • Bunların üzərinə bir ədəd yumurta qırın.
  • Yumurta, qatıq kərə yağı mikser vasitəsi ilə qarışdırın.
  • Qarışığa daha sonra vanil və qabartma tozu da əlavə edin.
  • Vanil və qabartma tozu da qarışdırıldıqdan sonra qarışığa ələnmiş un əlavə edirik və xəmir yoğururuq.
  • Yumşaq bir xəmir kütləsi əldə edirik.

İçlik hazırlanması: 

  • İçlik hazırlamaq üçün əvvəlcə almaları soyuruq və bu soyulmuş almaları rəndələyirik.
  • Rəndələnmiş alma kütləsini bir tavaya qoyuruq.
  • Alma rəndəsinə şəkər tozunu da əlavə edirik.
  • Bundan sonra vam odda bişiririk.
  • Daha sonra buraya toz darçın da əlavə edirik.

Piroqun hazırlanması: 

  • Hazırladığımız xəmiri yarıdan çox hissəsini götürürük və yumru kürə şəklində kündə hazırlayırıq.
  • Yumru fırın sinisinin dibini yağlayırıq.
  • Xəmir kündəsini sininin içərisində əlimizlə açırıq və sininin içərisinə tamamən yayırıq.
  • Bişirib ilıqlaşmış alma içliyini bu açdığımız xəmir kütləsinin üzərinə yayırıq.
  • Qoz ləpəsini əlimizlə qırırıq və onu da alma içliyinin üzərindən səpirik.
  • Bundan sonra qalan xəmirdən kiçik parçalar qopardırıq və onlardan uzun şəridlər hazırlayırıq.
  • Bu xəmir şəridləri ilə alma piroqu üzərini qəfəs şəklində hörürük.
  • Duxovkanı əvvəlcədən 180 dərəcəyə isidirik. İsti duxovkaya sinini yerləşdiririk.
  • Piroq hazır olduqdan sonra fırından çıxardırıq.
  • Soyumasını gözləyirik.
  • Soyuyan piroqun üzərinə şəkər kirşanı səpirik.
  • Şəkər kirşanı səpildikdən sonra piroq dilimlərə bölünür və bu şəkildə süfrəyə verilir.

Nuş olsun!

 

 

 

So, what do you think ?