fbpx

Min Bir Dad

Alma sirkəsi

 Alma sirkəsi

alma-sirkəsi

alma-sirkəsi

 Həzmi asanlaşdıran, qızdırmanı salan, qan dövranını düzənləyən,yağ yandırmaüz və ev təmizliyində təsirli maye olan sirkənin faydalarını saymaqla bitməz.

1 böyük   banka,

2 aya hazırlanır,

bişirmə sürəsi

0 dəqiqə

Alma sirkəsi üçün lazım olan ərzaqlar: 

  • 10 ədəd orta boy qırmızı alma  (orqanik alma),
  • 3 l  içmə suyu,
  • 4 yemək qaşığı  bal,
  • 1 şirniyyat qaşığı  duz,

Alma sirkəsinin hazırlanma qaydası: 

  • Almaların qabıqlarını soymadan və yumadan istifadə etməyiniz daha yaxşı olar.
  • Almaları yumuş olsanızda bir gün saxlayıb sonra bankaya yığın.
  • Bankaya yığdığınız  dilimlər bankanın yarısını doldurmalıdır.
  • Qabıqlı və qırmızı almaları 4 bərabər hissəyə bölün.
  • Çəyirdək qisimlərini çıxardın.
  • Əvvəlcədən təmizlənmiş   və içi quru böyük bir şüşə bankaya alma dilimlərini yerləşdirin.
  • Alma dilimlərinin üzərinə içmə suyunu əlavə edin.
  • Üst hissəsində bir parça boşluq qalmasına diqqət edin.
  • 3 yemək qaşığı qədər bal qatıb qarışdırın.
  • Bankanın üzərini hava alan pambıq bir tülbəndlə bağlayın.
  • Günəş görməyən və  qaranlıq  bir ortamda  1,5 aya yaxın saxlayın.
  • İlk zamanlarda gün aşırı, daha sonraki günlərdə həftədə  bir dəfə taxta bir qaşıq yardımıyla qarışdırın.
  • Zaman içində   bankanın  üst hissəsinə  çıxan alma dilimlərinin çürüməyə  başladığını, çevrədə  sirkə   milçəklərinin  olduğunu və sirkə iyini hiss edəcəksiniz.
  • Bütün bu əlamətlərsirkənin hazır olduğunu  göstərir.
  • Sirkə  qıcqırmış  olanda sirkəni süzün.
  • Süzdüyünüz sirkəni yenidən şüşə bankaya  alıb  qalan bal və  duzu əlavə etdikdən sonra   qarıştırın.
  • Qapağı qapalı şəkildə, sərin bir yerdə saxlayın.
  • Sirkə bankasının üzərində sirkə anası deyilən bir təbəqə   meydana gəlməyə başlayır .
  • Kəskin bir iy  gəldiyi zaman sirkəniz istifadəyə  hazır deməkdir.
  • Sirkəni süzdükdən sonra istifadə edə bilərsiniz.

So, what do you think ?