sayfa içeriği

Min Bir Dad

Almalı badamlı keks

Almalı badamlı keks  

almali-badamli-keks

almali-badamli-keks

Almalı badamlı keks

8 nəfərlik,

20 dəqiqəyə hazırlanlr,

30 dəqiqəyə bişir.

Almali  badamli  keks  üçün lazım olan əzaqlar:

  • 75 qram kərə yağı, 
  • 3 ədəd yumurta,
  • 1/2 su  stəkanı   şəkər tozu,
  • 1 su stəkanı  badam  tozu, 
  • 3 ədəd alma, 
  • 1 paket  qabartma tozu,
  • 1 paket   vanilin

Kremi üçün:

  • 100 qram  pendir,
  • 150 qram labne pendiri,
  • 1/2 su stəkanı şəkər tozu,

Üzəri üçün:

  • 2 yemək qaşığı hindistan qozu  rəndəsi

Not:

  • Almaları keks   xəmirini  hazırladıqdan sonra birbaşa xəmirin  içinə  rəndələsəniz almaların qaralmasının qarşısını alarsınız.

Almalı keks necə hazırlanır?

  • Kərə yağını əridib soyumağa qoyun.
  • Yumurta və şəkəri də mikserdə 4-5 dəqiqə çırpın.
  • Kərə yağı və quu ərzaqları yumurta şəkər qarışımına əlavə edib  yaxşıca qarışdırın.
  • Almaların qabıqlarını soyduqdan sonra rəndənin incə tərəfiylə qarışımın içinə rəndələyin.
  • 20 sm-lik keks qəlibinə yağlı kağız sərib xəmirinizi onun üzərinə  töküb yayın.
  • Fırını əvvələdən 180 dərəcə qızdırın.
  • Əvvəlcədən qızdırdığınız fırında 30 dəqiqəyə yaxın bişirin.
  • Bişdikdən sonra keksinizi soyumağa qoyun.

Kremi üçün:

  • Bütün krem ərzaqlarını bir qaba alın  və mikserlə çırpın.
  • Soyumağa qoyduğunuz keksi ortadan eninə kəsərək iki qat əldə edin.
  • Kremin yarsını qatların arasını doldurun.
  • Digər yarsını da qatların üzərini qapadın.
  • Keksin üzərini kremlədikdən sonra üzərinə hindistan qozu rəndələyin.

 

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *