sayfa içeriği

Min Bir Dad

Almalı kərəviz salatı

0

almalı kereviz salatı

almalı kereviz salatı

  • 5 dəqiqəyə hazırlanır.
  •  4 nəfərlik.

Almalı kərəviz salatı  hazırlanması çox sadədir və süfrələrinizə çox yaraşacaq bir salat tərifidir.

Almalı kərəviz salatını böyük bir keyflə hazırlayaraq sevdiklərinizlə birlikdə yeməyinizi  arzulayıram !

Almalı kərəviz salatı üçün lazım olan ərzaqlar:

  • 1 kq kərəviz,
  •  1 ədəd limon,
  •  2 ədəd  yaşıl alma,
  •  1 diş sarımsaq,
  • 1 stəkan qatıq,
  • 1 yemək qaşığı mayonez,
  •  ½ bstəkan  zeytun yağı,
  • Duz,

Almalı kereviz salatının üzəri üçün:

  • Qoz ləpəsi,
  • Qırmızı pul bibər,

Almalı kərəviz salatının  hazırlama qaydası:

  • Almalı kərəviz salatı hazırlamaq üçün  əvvəlcə kərəvizlərin qabıqlarını soyub limonlu suda 5-10 dəqiqə saxlayın.
  • Sonra kərəvizlərin suyunu süzün və rəndələyin.
  • Rəndələdiyiniz kərəvizləri bir qaba yığın.
  • Almanı təmiz yuyun. Yuduğunuz almanın suyunu silin və onları da rəndələyib kərəvizin üzərinə əlavə edin.
  • Ayrı bir qabda qatığlı azca çırpın.
  • Sarımsaqların qabıqlarını soyub yuyun.
  • Soyduğunuz sarımsaqları yaxşıca əzin.
  • Əzilmiş sarımsağın içinə mayonez, duz, zeytin yağı əlavə edib qarışdırın.
  • Qatıqlı qarışığı almalı kərəvizin üzərinə əlavə edib yaxşıca qarışdırın.
  • Hazırladığınız qarışığı bir servis tabağına yığın.
  • Üzərini qoz ləpəsi və qırmızı pul bibərlə bəzəyərək  servis edin.
    Hazırladığınız “Almalı kərəviz salatı artıq hazlrdır.

 

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *