fbpx

Min Bir Dad

Almalı paxlava

0

Almalı paxlava

almalı paxlava

almalı paxlava

Almalı paxlava

35 dəqiqəyə hazırlanır

6 nəfərlik,

298 kalori

“Vazkeçə bilmədiyimiz ənənəvi şirniyyatlarımızdan biri olan  paxlavanı bir də alma ilə hazırlayaq“

Şirniyyatlar arasında ən çox sevilən və  oxunan  yemək təriflərindən biri olan Almalı paxlava tərifini böyük bir keyilə hzırlamanızı və dost tanışlarınızla birgə keyflə hazırlamanızı və sevdiklərinizlə birlikdə nuş etmənizi arzulayıram!

Almalı paxlava üçün lazım olan ərzaqlar:

  1. 1 paket paxlavalıq yuxa,
  2. 2 ədəd ama rəndəsi,
  3. 100 qr döyülmüş qoz,
  4. 100 q  kərə yağı,
  5. 50 q şəkə,
  6. Yarım çay qaşığı darçın,
  7. 50 qr bal,
  8. 150 qr qaymaq,

Almalı paxlavanın hazırlanma qaydası:

  1. Almalı paxlava hazırlamaq üçün əvvəlcə almaları təmiz   yuyub suyunu silin.
  2. Hazırladığınız almaları rəndədən keçirdin.
  3.  Almalı paxlava hazırlamaq  üçün rəndələdiyiniz almaların içinə 1 çay qaşığı kərə yağı, 50 q şəkər əlavə edərək 7-8 dəqiqə qədər   bişirin.
  4. Almalı paxlava bişənə yaxın  içərisinə döyülmüş qoz ləpəsi  əlavə edin.
  5. Yarım çay qaşığı qədər  toz darçın əlavə edərək   soyumağa qoyun.
  6. Paxlava üçün olan yuxaları istifadə edərkən çalışın nəmli olsunlar  çünki quru olanda cox tez qırıla bilər.
  7. 15 sm enində  və dördkünc şəklində kəsib hazırladığınız  20 ədət yuxanın üzərinə bir bez örtərək bir kənara dincəlməyə qoyun.
  8. Bir tavada kərə  yağının qalan hissəsini  (75 qr-a qədərini  ) əridin.
  9. İki yuxa yarpağının arasına əvvəlcə  əritdiyiniz kərə yağını fırça yardımı ilə sürtün.
  10. Yenə hazırlamış olduğunuz alma və  qoz içini 15 sm enində paxlava yuxalarının içinə  sosis şəklində incə-incə  yığın  və hazırladığınız yuxaları siqara börəyi kimi  rulon hazırlayın.
  11. Yuxaların içinə almanı çox qoymayın ki, tökülməsinı.
  12. 180 dərəcə qızdırılmış fırında  bişirin.
  13. Bişmə sürəsi 20-25 dəqiqə  olacaqdır.
  14. Paxlavaların rəngi azca qızarmış olsun.
  15. Fırından   isti-isti çıxartdığınız bu paxlavalara fırçanın köməyi ilə   bol bal sürtün  və servis edə bilərsiniz.
  16. Bundan başqa almalı paxlavanın üzərinə qaynaq da qoyaraq servis edə bilərsiniz..

So, what do you think ?