sayfa içeriği

Min Bir Dad

Almas kurabiyə

Almas kurabiyə 

Almas kurabiyə

Almas kurabiyə

Almas kurabiyə

Almas kurabiyə üçün lazım olan ərzaqlar:

  • 225 q kərə yağı,
    Bir stəkan yarım pudra şəkəri ,
    2 ədət yumurta sarısı ,
    2 şorba qaşığı  qaymaq ,
    2 su stəkanı un ,
    1/2 su stəkanı kakao,
    1 paket vanilin,
    Bir az duz,

    Almas kurabiyənin üzəri üçün:

  •  1 su stəkanı şəkər tozu,

    Dolğu üçün lazım olan şokolad:

  • 120 q bitter şokolat,
    1 şorba qaşığı duzsuz kərə yağı,
    3 şorba qaşığı bal ,
    3 şorba qaşığı qaymaq,

Almas kurabiyənin  hazırlanması:

  • Əvvəlcə xəmir üçün dərin bir qabda kərə yağı ilə şəkər pudrasını mikserlə azca qabarana qədər çırpın.
  • Yumurta sarılarını əlavə edin və qarışdırın.
  • Kremayı qatıb, yavaşça qarışdırmaya davam edin.
  • Un, kakao,vanilin  və duzu ələyıərək əlavə edin.
  • Qatılaşana qədər qarışdırın.
  • Xəmirdən qozdan  bir az kiçik  parçalar ayırın və ovcunuzun içində yuvarlayın.
  • Toz şəkərə bulayıb, yağlanmış fırın sinisinə düzün.
  • Tam ortalarına baş barmağınızla kiçik oyuqlar açın.
  • Əvvəlcədən 175 dərəcə  qızdırılmış  fırında bişirin.
  • Fırından alın və soyudun.
  • Dolğu üçün şokoladı kərə yağı ilə birlikdə benmari üsulu əridin.
  • Ocağın altını qapatdıqdan sonra bal və qaymağı əlavə edib , qarışdırın.
  • Qarışımı bir sıxma torbasına doldurun.
  • Soyuyan kurabiyələrin ortasına sıxın və servis edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *