Min Bir Dad

Arzuman küftə

Arzuman küftə

Tərkibi

  • Qoyun əti – 163 q
  • Əridilmiş yağ – 40 q
  • Baş soğan – 30 q
  • Yumurta – 1 ədəd
  • Keşniş – 15 q
  • Sumaq – 5 q
  • İstiot – zövqə görə.
  • Duz – zövqə görə.

Hazırlanma qaydası
Qoyun ətinin bud hissəsindən baş soğanla qiymə hazırlanır, duz və istiot vurulub, soyudulur. Qiymədən iri küftələr hazırlanır, içərisinə bərk bişirilmiş 1 ədəd yumurta qoyulur və yumrulanır. Küftələr bulyonda zəif alov üzərində 20-30 dəqiqə bişirilir. Süfrəyə verdikdə üstünə doğranılmış göyərti səpilir, yanına ayrıca sumaq qoyulur.

So, what do you think ?