fbpx

Min Bir Dad

Asan almalı piroq

0

Asan almalı piroq

asan almalı piroqu

“Qonaqların  gələcək və sən isə şirniyyat bişirməyi çatdırmadın…

” Narahat olmayın!”

Hər şeyin çarəsi olduğu kimi,  “Asan almalı piroq!”da  sizin narahatçılığınızın həllidir.

Bu  piroq tez harırlanır  və eyni zamanda  da çox ləzzətlidir.

Piroqun xəmiri bir -iki dəqiqədə hazırlanır.

Sonra xəmir qəlibə  tökülür, üstünə alma dilimləri düzülür, qoz və darçın səpilir, və piroq sobaya yollanır.

Bu qədər tez başa gəlir.

Sizin   bu həyəcanınızı azaltmaq üçün Dünya mətbəxindən olan təriflə görüşünüzə gəldik.

Siz də özünüzü və sevdiklərinizi bu piroqla sevindirin.

10 nəfərlik

Asan almalı piroq üçün lazım olan ərzaqlar:

  • 2 stəkan əla növ un,
  • 1 stəkan şəkər tozu,
  • 2 çay qaşığı qabartma tozu,
  • 1/4 çay qaşığı duz,
  • 1 ədəd yumurta ,
  • 1 stəkan süd,
  • 2 xörək qaşığı zeytun yağı və ya hər hansı növ başqa duru yağ ,
  • 2ədəd alma (bir yaşıl,  bir qırmızı) ,
  • 1/2  stəkan qəhvəyi şəkər tozu,
  • 1/2 çay qaşığı darçın,
  • 1/4 stəkan kərə yağı,
  • 1/2 stəkan doğranmış qoz,

Asan almalı piroqun hazırlanması  qaydası:

  • Sobanı  əvvəlcədən 180ºC- dək qızdırın.
  • Un, şəkər tozu, qabartma tozu və duzu bir qabda qarışdırın.
  • Yumurtanı yüngülvari çırpın.
  • Üzərinə yumurta, süd və duru yağı əlavə edib yenidən qarışdırın.
  • Alınan qarışımı dibi yağlanmış və azacıq unlanmış formaya   boşaldıb  üzərini düzənləyin.
  • Kərə yağını əridib otaq temperaturuna qədər soyudun.
  • Ayrı qabda qəhvəyi şəkər tozu, darçın və kərə yağını qarışdırın.
  • Almaları nazik dilimləyin.
  • Alınan qarışığı almaların üzərinə əlavə edin.
  • Sonra da   üzərindən  qoz səpin.
  • Piroqu  xəmir  formanınn kənarlarından ayrılanadək (təxminən 45 dəqiqə) bişirin.
  • Hazır olan piroqu sobadan çıxardın.
  • Hazır  piroqu  formanın içində təxminən 10 dəqiqə soyudun.
  • Bu piroq kofe və çayla əla olur!
  • İsti ikən üstünə  vanilli dondurma qoyub yeyəndə də əla olur.
  • Soyuyan piroqu qəlibdən çıxardıb isti və ya otaq temperaturunda olan halda servis edə bilərsiniz.

Nuş olsun!

 

So, what do you think ?