Min Bir Dad

Asan pomidorlu pizza

 

Asan Pomidorlu Pizza

Asan pomidorlu pizza

Asan pomidorlu pizza

Adının pizza olması sizi qorxutmasın.

Əslində hazırlanması çox asandır. Adı kimi: Asan pomidorlu pizza.

Əgər asan, rahat bir pizza resepti axtarırsınızsa, buyurun, 

  • Cəmi: 15 dəqiqə
  • Bişmə müddəti: 10 dəqiqə
  • Hazırlanması: 5 dəqiqə
  • Miqdar: 4 nəfərlik

Asan pomidorlu pizza hazırlamaq üçün lazım olan ərzaqlar:

  • Milföy xəmiri: 6 ədəd,
  • Təzə yaşıl soğan: 3 – 4 ədəd,
  • Pomidor: 2 ədəd,
  • Qara istiot: zövqə görə,
  • Quru kəkotu: 1 kiçik qaşıq,
  • Təzə kəklikotu: 2-3 ədəd,
  • Duz: Zövqə görə,
  • Zeytun yağı: bir az,

Asan pomidorlu pizza hazırlama qaydası:

  • Pizzanı hazırlamaq çox asantdır.
  • Əvvəlcə milföy xəmiri yarpaqlarını birləşdirin və pizza pişirəcəyiniz sininin formasına uyğun olaraq bu birləşdirdiyiniz milföy xəmirini bir oxlov (və ya vərdənə) vasitəsi ilə açın.
  • Yaşıl soğanları bol su ilə təmiz yuyun, suyunu süzüb qurudun.
  • Bundan sonra təmiz yuyub qurutduğunuz yaşıl soğanları incə – incə doğrayın.
  • Bundan sonra əvvəlcədən oxlov vasitəsi ilə açdığınız milföy xəmirinin üzərini bir fırça vasitəsi ilə zeytun yağıyla  yağlayın.
  • Doğranmış təzə yaşıl soğanları pizza xəmirinin üzərinə düzün.
  • Bundan sonra pomidorları da təmiz yuyun, suyunu qurulayın.
  • Yuyulub suyu quruyan pomidorları doğrayın.
  • İçərisində “özək” varsa onu ayırtlayın.
  • Doğradığınız pomidor dilimlərini də xəmirin üzərinə yerləşdirin.
  • Bunların üzərindən də istiot, kəklikotu və duz əlavə edin.
  • Duxovkanı 200 dərəcəyə   qədər isidin.
  • Duxovka 200 dərəcəyə qədər isinib hazır olduqdan sonra hazırladığınız pizzanı duxovkaya verin.
  •   Üzəri qızarana qədər bişirin.
  • Üzəri qızarıb duxovkadan çıxartdığınız pizzanın üzərinə təzə kəklikotu əlavə edin.
  • Buyurun. Asan pomidorlu pizza hazırdır.

Nuş olsun!

So, what do you think ?