fbpx

Min Bir Dad

Avropa mətbəxindən möhtəşəm bir ləzzət:”Alman turşusu”

0

Avropa mətbəxindən möhtəşəm bir ləzzət:”Alman turşusu”

alman turşusu

Avropa mətbəxindən möhtəşəm bir ləzzət:”Alman turşusu”

2 banka.

15 dəqiqəyə hazırlanır.

15 dəqiqəyə bişir.

 

Avropa mətbəxindən möhtəşəm bir ləzzət:”Alman turşusu”üçün lazım olan ərzaqlar:

  • 500 qram xiyar,
  • 1 ədəd soğan,
  • 1 çay qaşığı sarı xardal toxumu,
  • 2  şirniyyat qaşığı kişniş toxumu,
  • 2 şirniyyat  qaşığı üyüdülməmiş istiot, 
  • 1 ədəd dəfnə yarpağı,
  • 5-6 dənə şüyüd,
  • 1 yemək qaşığı  qaya duzu,
  • 1 yemək qaşığı toz şəkər,
  • 1/2 çay stəkanı sirkə,
  • 2 su stəkanı isti  su,

Avropa mətbəxindən möhtəşəm bir ləzzət:”Alman turşusu” necə hazırlanır?

  1. Bankanın  dibinə bir neçə  dilim halğa   şəklində doğranmış soğan və bir neçə dənə də  şüyüd  yerləşdirin. Üzərinə  istiotr, sarı xardal toxumu və kişniş toxumunun yarısını və dəfnə yarpağını qoyun.
  2. Sonra  bütün  bu ərzaqların  üzərinə   xiyarları düzməyə  başlayın.
  3. Bunun üçün yuduğunuz  iki ucu təmizlənmiş və bir neçə  yerdən bıçaqla dəlinmiş xiyarları  dik olaraq bankalara düzməyə  başlayın.
  4. Qalan istiot, xardal toxumu və kişniş toxumunu da xiyarın  üzərinə əlavə edin.
  5. Bir neçə dənə  şüyüd  və bir neçə  dilim soğanı da  üzərindən  qoyun.
  6. Ən üstə duzu və sirkəni də qoyun.
  7. Bankanı qaynar  suyla ağzına qədər doldurun.
  8. Qapağını qapadın və tərs çevirin. 10 – 15 günə qədər turşunuz hazır  olacaqdır.

Nuş olsun!

So, what do you think ?